Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il dünyasını dəyişən azərbaycanlı məşhurlar - SİYAHI

Tarix: 12-12-2022 10:09     Baxış: 5996 A- / A+

Xeyirlə şər qardaşdır, deyirlər… Yeni bir ilə qədəm qoyarkən, 2022-yə nəzər saldıqda toylar, xoş günlərlə yanaşı, bir çox məşhurlarımızın aramızdan ayrıldığını da görürük. 

Manevr.az olay.az-a istinadən bu il dünyasını dəyişən yerli sənət aləminin nümayəndələrini təqdim edir:

Rəhim Rəhimli

İfaçı sentyabrın 30-u vəfat edib. Sirrozdan əziyyət çəkən Rəhimlinin dünyasını dəyişməsinə səbəb isə ürək çatışmazlığı olub.

Ruhəngiz Qasımova

Əməkdar incəsənət xadimi, bəstəkar R. Qasımova 9 oktyabrda Honkonqda həyatını itirib. 83 yaşlı sənətçinin qızı anasının ölüm səbəbindən danışarkən, onun ürəyində və böyrəklərində problem olduğunu bidirib.

Dədə Süleyman

Əməkdar artist Dədə Süleyman 23 oktyabrda, 83 yaşı olarkən vəfat edib. Xanəndə uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Firəngiz Rəhimbəyova

"Bəxt üzüyü” filminin "Sevda”sı, məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova 62 yaşında dünyasını dəyişib. O, 16 avqustda uzun illərdir yaşadığı Los-Ancelesdə ürəktutmasından vəfat edib.

Vaqif Abutalıbov

Xalq artisti V. Abutalıbov 16 sentyabrda, 73 yaşında vəfat edib. O, 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. Sənətçi yaradıcılığa Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb, sonra fəaliyyətini "Qaya” vokal-instrumental ansamblı ilə davam etdirib.

Sevda İbrahimova

Xalq artisti, bəstəkar-professor Sevda İbrahimova 17 iyulda, 83 yaşında vəfat edib. O, məşhur tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, yazıçı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızıdır.

Asif Azərelli

Əməkdar rəssam A. Azərelli 4 sentyabrda 76 yaşı olarkən, uzun sürən xəstəlikdən vəfat edib. O, ən çox qəbul edilən ”Dədə Qorqud” obrazının yardıcısı kimi tanınır.

Fərqanə Quliyeva

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Fərqanə Quliyeva 22 sentyabrda 65 yaşı olarkən vəfat edib. Onun uzun sürən xəstəlikdən dünyasını dəsyişdiyi bildirilir.

Vaqif Əsədov

Xalq artisti, teatr rejissoru və aktyor Vaqif Əsədov 5 apreldə, 75 yaşı olarkən vəfat edib.

Fazil Əliyev

Əməkdar incəsənət xadimi, dirijor F. Əliyev sentyabrın 5-i  ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişib. O, uzun sürən xəstəlik səbəbilə 77 yaşında vəfat edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar