Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Real”da istefa – Tanınmış iqtisadçı getdi

Tarix: 22-04-2017 20:05     Baxış: 3284 A- / A+
“Real”da istefa

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib.
O, bu barədə sosial şəbəkədə məlumat yayıb.
2011-ci ildən İdarə Heyətinin (İH) üzvü olduğunu deyən iqtisadçı ayrılmasına belə aydınlıq gətirib:
“REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.
Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Ötən 6 ildə REAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.
Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq.
Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var…”qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar