Xəbər lenti
Hindistanda insanabənzər və "eynəkli" keçi doğulub
Hindistanın Madhya-Pradeş ştatının Sironc şəhəri yaxınlığındakı fermada insan sifətli, başında və çənəsində qalın tükləri, gözlərinin ətrafında eynəyi xatırladan qara dairələri olan mutant keçi doğulub.Heyvan sahibi, fermer Nabab Xanı heyrətləndirib.
Ağzının deformasiyası səbəbindən keçiyə şprislə süd verilir. Heyvanın vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyri-adi keçinin doğulmasından xəbər tutan kəndlilər daha bir neçə keçi və bir camışın yaşadığı Xanın fermasına axışıblar.
Baytar Manav Sinqin sözlərinə görə, mutant keçi baş dispepsiyasından əziyyət çəkir. Bu anormallıq 50 min yeni doğulmuş heyvandan birində baş verir və keçilərə nisbətən iribuynuzlu heyvanlarda daha çox rast gəlinir. Bu fenomenin iki səbəbi ola bilər: A vitamini çatışmazlığı və hamiləlik dövründə ana heyvana uyğun olmayan dərmanların verilməsi. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































