Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.
Manevr.az-ın xəbərinə görə, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.
Xəbər lenti
Alimpaşa Məmmədov dövlətə nə qədər ziyan vurub?
İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.
Ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6 804 613 min manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş “Az Farel” MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.
Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.apa

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar