Xəbər lenti 
					
 
		Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları - VİDEO
 Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin etirafları yayımlanıb.
Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin etirafları yayımlanıb.Manevr.az xəbər verir ki, bu barədə görüntülər “Xəzər Tv”də yayımlanan və DTX-nin fəaliyyətindən bəhs edən “Qartal Zirvə”də sənədli filmində yer alıb.
Qeyd edək ki, Aydın Zəkiyev ötən ilin oktyabrında DTX tərəfindən saxlanılıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















