Xəbər lenti
N saylı hərbi hissədə Zəfər bayramı münasibəti ilə tədbir keçirilib
“Zəfər Yolu” İctimai Birliyi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının N saylı hərbi hissəsində Zəfər bayramı münasibəti ilə tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, “Zəfər Yolu” İB-nin sədri Pərvanə Abdullayeva, Vətən Müharibəsi şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan ədliyyə mayoru Çiçək Biləndərli, Penitensiar Xidmətin Mühafizə Alayının "N" saylı hərbi hissəsinin komandiri Kamran Quliyev, qazilər, Birinci Qarabağ müharibəsi iştirakçıları, “Zəfər Yolu” İB-nin üzvləri, incəsənət və media nümayəndələri iştirakı edib. Millət vəkili Jalə Əhmədova çıxış edərək Zəfər bayramı münasibəti ilə təbriklərini və ən xoş arzularımı ifadə edib:
"Qürur və fəxarət hissi yaşadığımız bu günləri bizlərə bəxş edən dövlətimizin başçısına, şəhidlərimizə, qazilərimizə, torpaq uğrunda vuruşaraq sağlamlığını itirmiş hər bir əsgər və zabitimizə bir ömür boyu borclu olduğumuzu bildirdim. Qeyd etdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürən Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri öz igidliyi, cəsurluğu və qorxmazlığı ilə tarix yazdılar, ərazi bütövlüyümüzü bərpa, pozulmuş tarixi ədaləti bərqərar etdilər. Cəmi 44 gün ərzində düşmən üzərində Zəfər çalan, gücü və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusunun igidləri 2020-ci ilin qəhrəmanlıq simvoluna çevrildilər. Doğma Vətənimizə, Azərbaycanımıza Zəfər yaşadan və gələcək nəsillər üçün örnək, nümunə yeri olan qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır", deyə Jalə Əhmədova qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar