Xəbər lenti
Əbülfəz Elçibəyin ev muzeyi BU TARİXDƏ AÇILACAQ

Manevr.az bildirir ki, bunu publika.az-a açıqlamasında eks-prezidentin oğlu Ərturqut Əliyev deyib.
O bildirib ki, mərhum prezidentin ev muzeyinin açılışı 2023-cü ilə, Əbülfəz Elçibəyin 85 illik yubileyi ərəfəsinə təsadüf edəcək:
"Ötən il onun şəxsi avtomobilini təmir etdirdim, təmir xərclərini də özüm çəkdim. Hazırda onun şəxsi əşyalarını, sənədlərini, video-görüntülərini, kasetlərini, əlyazmalarını toplayırıq. Kimlərdə nələr qalıb, özümüz də bilmirik. Videogörüntlərin sayı da olduqca çoxdur. Yığıb qurtara bilməmişik.
Eksponatların və əşyaların toplanmasını özümüz həyata keçiririk. Dostlarında, qohumlarda Elçibəylə bağlı nə varsa, toplayırıq. Onların hamısı muzeydə sərgilənəcək. Bununla bağlı xərcləri özüm çəkirəm".
Qeyd edək ki, 2019-cu ildə eks-prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsindəki mənzili Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən təmir olunub. Həmin evdə eks-prezidentin ev muzeyinin açılması nəzərdə tutulur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar