Xəbər lenti
Azərbaycan Yazıçılar Birliyindən kəlbəcərli yazarlara qarşı sayğısızlıq...
Standart fikirlərdən, düşüncələrdən həmişə qaçmağa çalışıram. Yaradıcılıqda da ölçü-bölgü kimi "qadağa iyi" gələn məsələləri xoşlamıram. Sözü, fikri (lazım olmayanda) qəlibə salıb suyunu çıxarmağın əleyhinəyəm... Buna oxşar bir çox fikirlər misal gətirə bilərəm...
İstəməsəm də, bəzi hallarda mən də bölgəçilik-bölgüçülük xəstəliyinə tutuluram. Bunu özümün ən böyük yanlışım hesab edirəm. Ancaq gözəlliklər məskəni olan Kəlbəcərdə doğulub-boya başa çatmağım həmişə bu yurdun adını fəxrlə çəkməyə məni vadar edir. Kəlbəcəri əvəzsiz, rəngarəng təbiətinə görə bütün canlılar sevdiyi kimi, biz insanlar da saf suyundan, təmiz havasından mayalandığımız o yurda çox bağlıyıq.
Biz SÖZƏ çox həssasıq. Ağrılı və göynək yerimizdi söz. Sözü çox istəyirik. Ədəbiyyata lap çox bağlıyıq. Biz şeir dinləyib ağlayırıq. Və ürəyi daşlaşmış cəmiyyətdə bunun heç də əla iş olduğunu düşünmürəm. Bəlkə Allahın, ya təbiətin bir qarğışıdı bizə... Ancaq gerçək olan budur.
Bir neçə il bundan qabaq AYB gizli şəkildə Kəlbəcərin də adı salınan bir bölmə yaratdı. Adını da "AYB Qubadlı regional bölməsi" qoydu. Eşidib etirazımı bildirdim. İlk olaraq ona görə ki, seçki ilə keçirilməli olan təsis konfransında bir nəfər belə Kəlbəcəri təmsil edən AYB üzvü iştirak etməmişdi. Mənim telefon nömrəmi tapmadıqlarını bildirdilər. Sözsüz ki, bu bir bəhanə idi. Tələm-tələsik bir "təsis konfransı" düzəltmişdilər.
Bu gün də AYB-nin hansısa bir bölməsində Kəlbəcərin adının keçdiyini rayonun üzdə olan yazarlarının çoxu bilmir. Özünəməxsus ədəbi mühiti olan Kəlbəcərə qarşı AYB-nin bu saymamazlığı, yanlışlığı tezliklə aradan qaldırılmalıdı.
Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin Xlll Qurultayı keçiriləcək. Qurultayqabağı bölmələrdə yığıncaqlar keçirildi, nümayəndələr seçildi. Ancaq Kəlbəcərin də "təmsil olunduğu" bölmədə bu təşkil edilmədi. Onlarla istedadlı, ədəbi mühitdə aktiv olan (ayrı-ayrı bölgələrdən bəziləri siyahıya salınıb) kəlbəcərli qələm sahibi biganəliklə qarşılaşdı. Təbii ki, bunun əsas günahkarı AYB, onun başında duranlardı.
Namiq Dəlidağlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar