Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yazıçılar Birliyi qurultayda "on nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdü

Tarix: 22-10-2022 17:58     Baxış: 21 000 A- / A+
Azərbaycan Yazıçılar Birliyi qarşıdan gələn Qurultaya nümayəndə seçilənlərin siyahısını "Ədəbiyyat qəzeti"ndə dərc etdirməklə məni əməlli-başlı təəccübləndirdi.
Məxfiliyi bəzi güc nazirliklərimizdən daha çox gözləyən, alınan mükafatların siyahısından tutmuş, ayrılan pulların xərclənməsini, bölmə sədrlərinin təyinatını gizli saxlayan qosqoca qurum, bu dəfə nədənsə mətbuata açıqlama verdi.
Sözügedən siyahıda çox dəyərli dostlarımızın adına rast gəldim və kənarda qalanlar da çoxdu. Halbuki, 330 nəfərlik siyahıda onlardan bəzilərinin adları ola bilərdi. Əgər şəffaf, ədalətli, insaflı yanaşma olsaydı. Bu da qosqoca AYB-də əsla, mümkün deyil.

Bir-iki ay bundan öncə AYB-nin qurultayqabağı təşkil olunan tədbirinə dəvət edilmişdim. Məni dəvət edən bəy adəti üzrə, bir saatdan çox geciksə də, yeri elə də görünmədi. Necə deyərlər, tədbir öz işinə başladı. Ancaq maraqlı tərəfi o idi ki, konkret olaraq nədən danışılacaq, nəyə görə bura yığışdığımızı nə biz, nə də səbəbkarların özləri belə bimirdilər. Nəhayət, iştirakçılara "danışın", "fikirinizi deyin", "sıxma-boğması"ndan sonra hərə bir-iki kəlmə söylədi, o cümlədən mən. Yaxşı ki, cənab vaxt mövzusu bəlli olmayan tədbirin ömrünü kəsmək üçün özünü tez çatdırdı. Bu qədər süni, qurama, gözdən pərdə asmaq üçün təşkil olunan tədbirlər cəmiyyətin ən həssas, həm də dəyərli kəsiminə qarşı böyük hörmətsizlikdi.
Bəylər və xanımlar, AYB-nin ağaları, yaxşı bilirik ki, bütün siyahılar, adlar öz "məntiqinizə" və "prinsipinizə" uyğun aylar öncə tərəfinizdən hazırlanıb. Bizi aldatmağa çalışmağınız uğursuz addımdı. "On nəfərdən 1-ni seçək" prinsipi ilə guya yerlərdə "seçki" keçirdiniz. Burda da təbii ki, "on nəfərdən özümüzünkünü seçək" "prinsipini" əsas götürdünüz.

XIII Qurultay uğursuz rəqəm altında keçirilir. Ancaq hər kəsə uğurlar diləyirəm. AYB-nin ömürlük və alternativsiz sədri Anara uzun ömür diləyirəm. Çünki, adımızın sonuna AYB üzvü yazdırmağımız Anarın adı ilə bağlıdı. Konkret, Anar(ın) Yazıçılar Birliyinin üzvüyük. Eləcə də, şəhərin ən pristijli yerində yerləşən, çoxlarının gözü olan əzəmətli və möhtəşəm binanın üzərinə vurulan lövhə də Anarın varlığının ömrü qədərdi.

Namiq Dəlidağlı, AYB üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar