Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Həsənovun ailəsinin əmlakları geri qaytarıldı

Tarix: 20-10-2022 12:46     Baxış: 4562 A- / A+
10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
 
Bu gün Ali Məhkəmədə baş tutan prosesə hakim İlkin Rəcəbov sədrlik edib.
 
Manevr.az xəbər verir ki, Eldar Həsənovun vəkili Cavad Cavadovun  verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Belə ki, sabiq Baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv edilib.

Vəkil qeyd edib ki, məhkəmə şikayəti qismən təmin etsə də, bunu məmnunluqla qarşılayıblar: “Təmin olunmayan hissə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.
 
Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.
 
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Həbs edilən sabiq səfirin bir sıra mülkləri də müsadirə olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar