Xəbər lenti
“Raquf Orucov Kuboku” uğrunda beynəlxalq cüdo turniri keçiriləcək - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, qəhrəman əsgər, gizir və zabitlərimizin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdikləri hünər və şücaətlər xalqımızda böyük qürur və iftixar hissi doğurur. Ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması və ordumuzun əks həmləsi nəticəsində torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi isə müasir hərb tariximizin şərəfli səhifəsidir.
Manevr.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə 21 yaşınadək oğlanlar və qızlar arasında (U-21) cüdo üzrə klub komandalarının bu il aprelin 20-də keçiriləcək beynəlxalq turnir həmin döyüşlərdə qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilib. “Raquf Orucov Kuboku” adlandırılan bu turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları iştirak edəcəklər. Yarış Bakı Əl Oyunları İdman Sarayında 2017-ci il aprelin 20-də saat 10.00-da başlanacaq. Rəsmi açılış mərasimi həmin gün saat 17.00-da olacaq, sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar