Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi azalıb

Tarix: 17-04-2017 13:21     Baxış: 3232 A- / A+
Kürdə suyun səviyyəsi

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprelin 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 395 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 391 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 130 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.
Aprelin 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Bankədə 1sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il aprelin 17-də 454 sm), Şirvanda 279 sm (2016-cı il aprelin 17-də 303 sm), Salyanda 222 sm (2016-cı il aprelin 17-də 225 sm), Bankədə 192 sm (2016-cı il aprelin 17-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2016-cı il aprelin 17-də 160 sm) təşkil edir.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar