Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni əsgərinin suveren Azərbaycanın ərazisində qalması absurddur

Tarix: 08-10-2022 22:55     Baxış: 3734 A- / A+

Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. 
Belə görüşlərdən biri - dördtərəfli görüş  Prezident İlham Əliyevin Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvəsində iştirakı çərçivəsində keçirilib. Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, bu ölkənin təşəbbüsü ilə təşkil olunan Praqa   dördtərəfli görüşündə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Amma Prezident Əliyevin prinsipiallığı buna imkan vermədi. Görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı qətiyyətlə alındı. Sülh gündəliyi detallı şəkildə müzakirə olundu və ölkəmizin mövqeyi bir daha bütün açıqlığı ilə ortaya qoyuldu.

Dövlətimizin başçısının daşdan keçən arqumentlərinin qarşısında duruş gətirə bilməyən Paşinyan da, vasitəçilər də bizim haqlı diqtəmizə uyğun nəticələrə gəldilər və Ermənistan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. Prezident İlham Əliyev bir sıra digər vacib məsələlərlə bərabər, məlum üçtərəfli 10 noyabr Bəyanatına əsasən, qanunsuz erməni silahlılarının Qarabağı tərk etməsi məsələsini də bir daha qabartdı:  “Erməni silahlı birləşmələri bu günə qədər bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq”.  Praqa səfərindən bir gün əvvəl Ağdamda keçirilən Milli Şəhərsalma Formunda çıxışı zamanı dövlətimizin başçısının bir mesajı da bu olmuşdu ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Bu, “erməni kartı”ndan istifadə edənlərə tutarlı cavab oldu və Praqa görüşünə təsirsiz ötüşmədi. Qısası, masada İrəvanın əlini gücləndirməyə çalışan qüvvələrin planını pozdu. Avropa mətbuatında Prezident İlham Əliyevin Praqadakı diplomatik zəfəri barədə geniş materialların  dərc olunması qəlbimizi qürurlandırdığı kimi, Azərbaycanın dünya siyasi kuluarlarında daha da möhkəmləndiyinə dəlalət edir. Məqalələrdə cənab  İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Praqadakı dördtərəfli görüşünün nəticələri hərtərəfli sərf-nəzər olunub və Azərbaycanın hər baxımdan üstün mövqe tutduğu etiraf edilib. Cənab İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan torpağında keçirilən antiterror əməliyyatları zamanı ölən erməni əsgərləri üçün ağlamağın mənası yoxdur.

Onların bizim ərazilərdə nə işləri var ki, suverenliyini qoruyan ölkənin əsgərinin gülləsinə də tuş gəlsinlər? Qoy, əmin olsunlar ki, iki gündən-bir Kəlbəcərə atəş açan, əsgərlərimizi yaralayan erməni quldurlarının cavabı hədəfi lərzəyə salan ikiqat yaylım atəşləri ilə veriləcək. Bir sözlə,  Bakı həm Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasında, həm də qalib tərəf kimi yekun müqavilənin Azərbaycanın şərtləri çərçivəsində imzalanmasına mütləq nail olacaq. Ermənistan rəhbərliyi buna Prezident İlham Əliyevlə müxtəlif formatlarda keçirilən hər görüşdən sonra bir az daha əmin olur. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında da deyib ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Qarşı tərəf kapitulyasiya aktının tələblərini icra etməyi yubatdıqca itkilər verəcək və daha dərin quyuya düşəcək.


Hikmət XƏLİLOV, Azərbaycan
Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Masallı rayonu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar