Xəbər lenti
CHP liderindən ŞOK İTTİHAM: “İŞİD-in orada mövcud olması...”

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılcdaroğlu Türkiyə ordusunun Suriyada keçirdiyi “Fərat Qalxanı” əməliyyatına şərtlə dəstək verəcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya sədri əməliyyatın İŞİD-lə məhdudlaşdırılmalı və beynəlxalq hüququn nəzərdə tutduğu sərhədlər çərçivəsində keçirilməli olduğunu deyib.
“Ümid edirik ki, Cerablusda İŞİD-ə qarşı başlayan əməliyyat İŞİD-ə qarşı da davam edər. İŞİD-ə qarşı mübarizəni dəstəkləyirik. Ancaq Türkiyə beynəlxalq hüququn nəzərdə tutduğu qaydalara əməl etməlidir. Türkiyə bütün qonşularının ərazi bütövlüyünü müdafiə etməlidir. AKP-nin siyasəti nəticəsində Türkiyə bu nöqtəyə gəlib. 2010-cu il referendumuna qarşı çıxan yalnız biz idik. Bu referendumdan sonra məhkəməyə, orduya qiyamçılar yerləşdilər. Türkiyənin sərhəd qapılarının açılması, İŞİD-in orada mövcud olması səbəbi AKP hökumətinin apardığı siyasətdir”, - Kamal Kılıcdaroğlu söyləyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən səhər saatlarında Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üçün “Fərat Qalxanı” əməliyyatına başlayıb. Şəhər axşam saatlarında Türkiyə ordusundan dəstək alan Azad Suriya Ordusunun nəzarətinə keçib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar