Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Palmali”nin daha bir tankerinə şəhidin adı verildi

Tarix: 30-09-2022 22:24     Baxış: 3807 A- / A+


Bu gündən etibarən “Palmali” ailəsi Vətən müharibəsində canından keçmiş daha bir igidimizin adını daşıyan tankerlə dünya sularında təmsil olunacaq. Şəhid Mətin Ramiz oğlu Hüseynovun adını daşıyan neft tankerin uzunluğu 140 metr, genişliyi isə 17 metrdir. Tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.

Manevr.az şəhidimizin valideynləri “Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə İstanbula gəliblər. Onlar şirkətin baş ofisində "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov və şirkətin CEO-su Səbahəddin Su tərəfindən qəbul ediliblər. Mətin Hüseynovun qəhrəmanlığından söz açan Mübariz Mənsimov bildirib ki, “Palmali” şirkəti bütün şəhidlərimizin adlarını əbədiləşdirmək məqsədilə bundan sonra da fəaliyyətlərini davam etdirəcək. Daha sonra Mübariz Mənsimov şəhid Mətin Hüseynovun valideynlərinə və ailənin digər üzvlərinə qızıldan hazırlanmış xüsusi medalyonları təqdim edib. Şəhidlərimizin adlarını dünyada tanıtmaq istiqamətində gördüyü işlərə görə dərin təşəkkürlərini bildirən Hüseynovlar ailəsi isə 



Mübariz Mənsimova Naxçıvan duzundan hazırlanmış Mömünə Xatunun məqbərəsini hədiyyə ediblər.
"Mətinlə fəxr edir, onunla qürur duyuram. Hər zaman başımı uca edib. 42 gün döyüşdü. Şuşa ətrafında gedən sonuncu döyüşdə şəhid oldu. Onun bütöv Vətən arzusu bu gün reallıqdır. Allah Mübariz bəydən razı olsun, ömrü uzun olsun. Onun sayəsində balamın adı bundan sonra bütün dünyada yaşayacaq, onu hər bir limanda tanıyacaqlar. Şəhidlərimiz tarix yazdılar" - deyə şəhid Mətin Hüseynovun anası Zümrüd xanım bildirib.
Valideynləri tankerlə tanış edən, Mətin Hüseynovun adına təşkil olunmuş xatirə otağını göstərən gəmi kapitanı, I Qarabağ müharibəsinin iştirakçısı, qazi Mobil Həsənov deyib ki, bütün şəhidlərimizin adları uca tutulduğu kimi, qəhrəmanımız Mətin Hüseynovun adı da dünyanın bütün ölkələrində tanıdılacaq və təbliğ ediləcək. 
Gəmi kapitanı vurğulayıb ki, tankerin şəhidimizin adını daşıması bütün heyətin məsuliyyətini daha da artırır və bu səbəbdən bu adı layiqincə təmsil etmək üçün hər bir heyət üzvü əlindən gələni edəcək.
Valideynlər gəmini gəzərək burada şəhid Mətin Hüseynovun xatirəsinə təşkil olunmuş otağa baxıblar. Gördüklərindən kövrələn Mətin Hüseynovun ata və anası bildirib ki, bütün şəhidlər kimi onların övladları da çox mərd olub, hətta savaşlarda olduğu halda belə, əsl yerini ata-anasına demirmiş. Anası Zümrüd xanım onu da deyib ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Mətin Hüseynovun olduğu qrupdakı bütün dostları II Qarabağ müharibəsində şəhid olub. Onun sözlərinə görə, sosial şəbəkədə, mediada oğlu haqqında kiçik bir xəbər görəndə belə sevinclərinin həddi-hüdudu olmur. Ona görə övladları Mətin Hüseynovun adınının tankerə verilməsi xəbəri valideynlər üçün gözlənilməz olmaqla bərabər, bundan sonra yaşamaları üçün böyük stimul verib. 
Valideynlər həmçinin vurğulayıblar ki, Mətin Hüseynov hətta hərbçi olmasa idi belə, müharibəyə gedəcəkdi, çünki övladları çox vətənpərvər idi.
Vurğulamaq lazımdır ki, tədbirdə “Palmali” şirkətinin sponsorluq etdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin şagirdləri də iştirak ediblər.
Qeyd edək ki, Mətin Ramiz oğlu Hüseynov 27 oktyabr 1997-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. İlkin təhsilini 2004-cü ildə şəhid Surxay Rzayev adına Düylün kənd orta məktəbində alıb, 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olub. Heydər Əliyev adına Hərbi liseyi 2016-cı ildə böyük uğur və müvəffəqiyyətlə başa vurub və həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 
2020-ci ilin iyun ayında məktəbi bitirərək leytenant rütbəsi almış və 20 iyun 2020-ci ildə Ağcabədi rayonunda N sayılı hərbi hissədə vəzifəsini icara etməyə başlamışdır. Vətən müharibəsi başladıqdan dərhal sonra döyüş bölgəsinə yollanıb. 
Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə və Şuşa ətrafındakı bütün döyüşlərdə (Qırmızı Bazar qəsəbəsi, Daşaltı kəndi, Üçtəpə) fəal iştirak edib. Dəfələrlə yaralanmasına baxmayaraq, hərbi hospitala getməyib, yoldaşlarını tək buraxmayıb, savaşmağa davam edib. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində (Qırmızı Bazar qəsəbəsi ətrafı) gedən döyüşlərdə yaralı yoldaşını savaş bölgəsindən çıxararkən ağır güllə yarası alıb və şəhidlik zirvəsinə ucalıb. 
22 noyabr 2020-ci ildə doğuldu torpaqda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda",  "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olmasına görə" medalları, "Rəşadət" ordeni ilə təltif olunub.
Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.

Manevr.az


























Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar