Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“AccessBank”da yeni sədr təyin olundu

Tarix: 14-04-2017 18:47     Baxış: 4296 A- / A+
“AccessBank”da yeni sədr təyin olundu

“AccessBank”ın İdarə Heyətinin sədri Mixael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Rayhardt təyin olunub.
Bankdan Gununsesi.info-ya verilən məlumata görə, doktor R.Rayhardt 2014-cü ildən “AccessBank”da maliyyə üzrə icraçı direktor vəzifəsində çalışıb.
R.Rayhardt təyinatını belə şərh edib: “AccessBank”ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq, biz hər zaman olduğu kimi, müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik”.
“AccessBank”da iş fəaliyyətindən öncə R.Rayhardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.
Qeyd edək ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “KfW”, Almaniyanın “LFS Financial Systems GmbH” konsaltinq şirkəti və “AccessHoldinq” tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan “AccessBank” tam çeşidli bank xidmətləri təqdim edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar