Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni general yeni vəzifədə : Bakıya təsiri olacaqmı?

Tarix: 14-04-2017 16:30     Baxış: 4225 A- / A+
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə erməni general, Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovun təyin olunacağı gözlənilən idi.
Erməni general yeni vəzifədə

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin sözlərinə görə, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatsalar da, bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi:

“Çünki rotasiya prinsipinə görə, baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi. Sadəcə, bu təyinat 5-6 ya əvvəl olsaydı, KTMT-yə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçiləcəkdi. Çünki Ermənistan prezidenti Aprel döyüşlərindən sonra Ohanyanı istefaya hazırlayırdı və ona yeni yer axtarırdı. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi və o, yeni təyinatını gözləmək əvəzinə müxalifətə keçdi”.

E.Şahinoğlunun fikrincə, erməni generalın təşkilata baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur:


“Doğrudur, həmin general daim Azərbaycana pisliklər etməyə, təşkilat çərçivəsində əleyhimizə hansısa sənədlər qəbul etməyə çalışacaq, ancaq Belarus və Qazaxıstan buna “yaşıl işıq” yandırmadıqca, onun əli-qolu bağlı olacaq. Bəlkə də elə belə yaxşıdır. Nikolay Bordyuja altdan-alta əleyhimizə işləyirdi. İndi isə baş katib ermənidir və bilirik ki, hansı məzhəbə xidmət edir”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində Yuri Xaçaturov təyin edilib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar