Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İmkanımı dələduzlar, fayda sevən "iş" adamları- məmurlar taladı" Akəm XAQAN

Tarix: 14-04-2017 16:37     Baxış: 2976 A- / A+
"İmkanımı dələduzlar, fayda sevən "iş" adamları- məmurlar taladı"

Hacı Quliyevin narazılıq mesajına Akəm Xaqanın cavabı:

Bu ölkədə zəhmət adamı olaraq ucalmaq heç də dediyiniz qədər asan deyil.

Bir neçə gün öncə ovqatımı təlx edən, səbrimi zorlayan halların varlığından yazdım. Orada çağırılmamış qonaq qismində evlərimizə gələn və özüylə arzuolunmaz adamları da gətirən kütləvi informasiya vasitələrinin yarıtmaz xidmətindən bəhs etmişdim (http://manevr.az/karusel/10401-oyan-azerbaycan.html). Bir də televiziya kanaıllarında baş verən qeyri - etik davranışların, şəxsi və biznes maraqlarının adət-ənənə donunda təbliğatına etirazımı bildirmişdim. Eyni zamanda, Atv və Az-da gedən "100 ölç, 1 biç" verilişinə olan marağımı və "Toyda israfciliq olmalıdırmı?"-sualına verilən cavabların yaratdığı təəssüratı da bölüşmüşdüm. Verilişin qonağı Hacı Quliyevin "Ayağınızı yorğanınıza görə uzadın" və ya " bizim milli-mənəvi dəyərlərimizə toxunmasınlar"-deyə sərgilədiyi mövqeyin yanlış olduğunu qeyd etmişdim. Bu məqalədən sonra Hacı Quliyevin narazılıq mesajını aldım. Odur ki, bu narazılığı aradan qaldırmaq üçün məsələyə bir daha aydınlıq gətirməyi lazım bildim:

-Etiraf edim ki, düşüncələrimi qələmə alarkən, Sizi incitməmək üçün: "- yazım, yazmayım?"-deyə çox düşündüm. "Söz sahibinin kimliyidir!"-deyə yola çıxarkən də gördüyüm, eşitdiyim və yaşadığım ağrılardan keçmiş biri olaraq, yetərincə dərin düşüncə sahibiyəm. Adamları dediyi sözə, düşüncə və yaşam tərzinə görə dəyərləndirirəm. Kimliyindən və hansı titullara sahib olmasından asılı olmayaraq. Bir kimsənin dırnağına daş dəyməsini heç vaxt arzulamamışam. Nə yazıq ki, deməli olduğumu demiş, incik düşənlər də düşmüş və "Kamilov" sayağı mənə gülmüş də. Söz yox ki, dəbdəbədən uzaq düşmüş bir şairin və ya tənqidçınin kimlərinsə gözünə kiçik görünməsi təbiidir. Ən azından səmada kiçik də olsa görünən, safniyyət və yurddaşlarımızı isidəcək bir nura sahib olduğumu düşünürəm. Bu da mənə yetir.

Söhbət günü-gündən dərinləşməkdə olan varlı-kasıb didişməsindən getdiyində israfçılıqda maraqlı tərəf olaraq sərgilədiyiniz mövqe məni incitdi. Mənə görə varlıların dəbdəbəsinə uymaq, varlanmaq naminə Allahsız davranışlara, soyğunlara göz yummaq, zavallı düşürülən adamların faciəsini görməzdən gəlmək deməkdir. Beləcə, xalqımızın toy adətləri ilə bağlı söhbətinizdən sizi tanımış oldum. Sonradan öz kimliyiniz və hansı titullara sahib olduğunuzla bağlı verdiyiniz bilgi belə bəlli təəssüratımı dəyişməyə qadir olmadı.

Hər şeyi öz zəhmətinizlə qazandığınızı, hansı mərtəbəyə yüksəldiyinizi bəyan edir, nə qədər adamın dərdinə çarə olduğunuzdan bəhs edirsiniz. Doğrudan belədirsə, Tanrı sizə yar olsun. Məlumunuz olsun ki, bu ölkədə zəhmət adamı olaraq ucalmaq heç də dediyiniz qədər asan deyil. İllər öncə adam kimi adam ikən "iş" adamı olmaq üçün çalışdım. Hətta, bunun üçün yetərincə ağıllı, tədbirli və başqalarından fərqli əl qabiliyyətinə malik olduğuma da əmin oldum. İşimi qurdum və bütün gücümlə çalışdım... Nə yazıq ki, imkanımı dələduzlar, fayda sevən "iş" adamları- hazıra nazir məmurlar və kimliyini "papkalara" sığışdıran bir sürü məxluq taladı. Bu günə döymədiyim qapı qalmadı. Nə qədər çalışsam da, nə özümün, nə də zavallı düşürülmüş bu xalqın dərdini deməyə adam tapmadım. Müraciət etdiyim ünvanlarda qarşılaşdığım adamlar kar, kor və ya keçəl oldu.

İndi məni eşitməyə nə qədər səbrinizin çatacağı, nə qədər başa düşüb də çarə tapacağinizi deyə bilmərəm. Çünki, həqiqətən, sizi tanımaq imkanım olmayıb.

Sizi çoxları tanıyır, dediniz. Məni də hamı kimi Sizi tanımadığıma və tənqid etdiyimə görə qınayırsınız. Mən isə bu olaylardan sonra, həqiqətən, Sizin yaxşı adam olduğunuza inanmaq istəyən dost adamam. Ən azından, başqalarından fərqli olaraq, mənim haqlı ola biləcəyimi düşünmüş və məsələyə aydınlıq gətirmək istəmisiniz. Elə buna görə sağ olun.

Akəm Xaqan - şair, tənqidçı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar