Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

MTN generalına HÖKM OXUNDU: daha ağır cəza üçün...

Tarix: 22-09-2022 09:24     Baxış: 4855 A- / A+

Azadlıqda olan sabiq 3 MTN zabiti də məhkəmə zalında qandallandı
Milli Təhlükəsizlik Nazirliyi (MTN 2105-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə hökm elan edilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunan hökmlə Mövlam Şıxəliyevin 12 il, Yasin Məmmədovun 10 il 6 ay, Vüsal Ələkbərovun 11 il 2 ay, Sahib Ələkbərovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb. İbtidai istintaq və məhkəmə istintaqı zamanı azadlıqda olan Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında qandallanıblar. İş üzrə zərərçəkənlərin mülki iddiaları da təmin olunub. Hökmlə məhkum olunmuş şəxslərə məxsus və istintaq zamanı üzərilərinə həbs qoyulan əmlakların da müsadirə edilməsi, hərrac yolu ilə satılması və zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi də qərarlaşdırılıb. Hökmlə Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib.
MTN generalına HÖKM OXUNDU: rütbəsi alındı, əmlakı...
Yasin Məmmədovun ibtidai istintaq zamanı üzərinə həbs qoyulan əmlakları isə özünə qaytarılıb.
Hökmə əsasən, müsadirə olunan əmlaklar aşağıdakı kimidir:
Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:
- Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)
- Səbayel rayonu, Bülbül prospektiev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)
- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)
- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)
- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)
- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat)
Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:
- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)
- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)
- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat)
- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)
- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)
Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:
- Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)
- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)
- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)
Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:
- Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)
- Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)
Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.
Hökmdən sonra iş üzrə zərərçəkənlər və onlardan bir neçəsinin vəkili olan Osman Kazımov “Yeni Müsavat”a deyib ki, hökmdən apelyasiya şikayəti verəcəklər. Vəkil bildirib ki, M.Şıxəliyevin barəsində çıxarılmış hökm onun törətdiyi əmələ bərabər deyil. Vəkil Mövlam Şıxəliyev barəsində daha ağır cəza çıxarılması üçün apelyasiya şikayəti verəcəklərini bildirib.
Şıxəliyevin vəkili Arzu Cavadov da hökmdən narazı olduqlarını açıqlayıb. Vəkil “Yeni Müsavat”a deyib ki, M.Şıxəliyevin barəsində çıxarılan hökmlə razı deyillər, apelyasiya şikayəti verəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar