Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Keyxanım"ın verilişi niyə bağlandı? - İLK DƏFƏ AÇIQLADI

Tarix: 13-04-2017 22:07     Baxış: 3436 A- / A+
"Keyxanım"ın verilişi niyə bağlandı?

Musiqili Komediya Teatrının tanınmış aktrisası Ülviyyə Əliyeva (“Keyxanım”) “Space” telekanalında aparıcılıq etdiyi “Bu maraqlıdır” verilişinin bağlanması barədə ilk dəfə danışıb. Manevr.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan aktrisa bildirib ki, verilişin bağlanması sifarişli olub: “Belə bir deyim var ki, desəm, öldürərlər, deməsəm, ölləm”. Bilmirəm bunu desəm, qalmaqala çevriləcək, yoxsa yox. Amma olanları deyəcəm. Allaha çox şükür, qüsurum, əyri-əskik nəyimsə olmayıb ki, onu gizlədim. Düşünürəm ki, verilişimin bağlanması sifarişli olmuşdu. Yəqin ki, mənim uğurlarım kimlərisə narahat edir. Kimsə evində oturub, verilişimdən bir hissəni telefonuna çəkmişdi. Yəni qərəzli bir çəkiliş olmuşdu. Və bunu sosial şəbəkədə yaymışdılar. Əslində buna məyus olmadım. Yəni mən o verilişdən qonorar almırdım. Layihə xoşuma gəlmişdi, razılıq vermişdim. Çünki heç bir verilişə bənzəmirdi. Veriliş bağlananda bəzi jurnalistlərdən incimişdim. Çünki heç bir zaman mətbuatdan qaçan insan olmamışam. Bəzi media işçiləri verilişin tam hissəsinə baxmadan, xəbər yazmışdılar ki, “Azərbaycan televiziya məkanında biabırçılıq”.
Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar