Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin vəziyyəti açıqlandı

Tarix: 17-09-2022 11:16     Baxış: 41 018 A- / A+



Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır.
Manevr.az-ın xəbərinə görə, A.Musayevin müalicə aldığı xəstəxanadan report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir".
Kəlbəcərdə xəsarət alan digər şəxs A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucuvun səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub.
Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar