Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan ağıllanmalıdır” – Britaniyalı politoloq

Tarix: 16-09-2022 10:25     Baxış: 3831 A- / A+


 
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi həlak olanlar, onların doğmaları və yaxınları üçün dəhşətli faciədir. Lakin bu eskalasiyaya səbəb İrəvan rəhbərliyinin sülh prosesinə qarşı pozucu münasibətidir”.
Manevr.az bildirir ki, bunu azvision.az -a britaniyalı tarixçi və politoloq Patrik Uolş deyib. Onun fikrincə, ermənilər sülhpərvər tərəfdaş kimi çıxış etməli və revanşist illüziyalar qurmağa son qoymalıdırlar.
“Nə qədər ki müharibənin bitməsi və funksional tədbirlərin zəruriliyi dərk olunmayıb, daha çox ailə sülh və firavanlıq dividendlərindən faydalanma haqqı olan oğul və qızlarını itirəcək.
Bu problemin yeganə həlli Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmasıdır. Azərbaycan regionda sülh və sabitliyin olmasını istəyir və dəfələrlə İrəvanı sülh sazişi imzalamağa dəvət etsə də, Ermənistan tərəfi rəsmi Bakının çağırışlarına məhəl qoymur. Ermənistan ağlıllanmalı və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”, - P.Uolş bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar