Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qusarda kikboksinq turniri başlayır - Milli Qəhrəmanın xatirəsinə

Tarix: 11-04-2017 21:04     Baxış: 11 799 A- / A+
Qusarda kikboksinq turniri başlayır

Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək.

Manevr.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə peşəkar kikboksinqçilər yarışacaqlar. Yarışın informasiya dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, sponsoru “Azimport” MMC-dir.

Turnirin proqramına əsasən, yarış iştirakçıları və qonaqlar Qusarda əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini, sonra isə Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edəcəklər.

Turnirin rəsmi açılış mərasimindən sonra Olimpiya İdman Kompleksindəki rinqə respublikamızın tanınmış peşəkar kikboksinqçiləri çıxacaqlar. Tamaşaçılar yeddi maraqlı qarşılaşmanın şahidi olacaqlar. Qaliblərə müvafiq diplom və pul mükafatı təqdim ediləcək.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar