Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Zəngilanda mühüm mesajlar səsləndirəcək - Polkovnikdən MÜJDƏ

Tarix: 28-08-2022 19:23     Baxış: 3988 A- / A+
Ərdoğan Zəngilanda mühüm mesajlar səsləndirəcək - Polkovnikdən MÜJDƏ
"Hamı səbirsizliklə yaxın bir neçə günü gözləyir. Nə baş verir, nə baş verəcək sualları, müxtəlif müzakirələr gedir. Mənim əmin olduğum bir məsələ var ki, yeni yolda Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsinin nümayəndələri olacaq. Sentyabrın 1-nə çox az müddət qalıb".
 
Manevr.az xəbər verir ki, bunu musavat.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib."Bildiyim qədərilə, avqustun 31-də Avropa İttifaqının dəstəyi ilə Brüsseldə Azərbaycan prezidenti, Aİ Şurasının sədri və Ermənistanın baş naziri arasında görüş gözlənilir. Düşünürəm ki, beləliklə bu məsələyə nəhayət nöqtə qoyulacaq. Orada söz sahibi Azərbaycan olacaq. Biz öz ərazimizdə ermənilərin nazı ilə oynamayacağıq. Nə oldu, çıxmırdılar, amma çıxdılar. Mən düşünürəm ki, ilk növbədə ya keçmiş Ağdərə, ya da Xocavənd olacaq, sonuncu bayraq Xankəndidə asılacaq. Buna kimsənin şübhəsi olmasın! Azərbaycan torpaqları ermənilərin, rus sülhməramlılarının çəkmələri altında qalmayacaq. Yaxın zamanlarda önəmli proseslər baş verəcək, o proseslər də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Gələn ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışına gələcək və bölgə ilə, Qarabağla bağlı çox maraqlı fikirlər səsləndirəcək", - polkovnik qeyd edib. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar