Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qulu Məhərrəmli yenidən efirdə

Tarix: 10-04-2017 21:20     Baxış: 3311 A- / A+
Qulu Məhərrəmli yenidən efirdə

Güney Azərbaycan televiziyasında (GünAz TV) telejurnalist, professor Qulu Məhərrəlmlinin aparıcılığı ilə “Mətbuat aynasında” adlı yeni proqram yayımlanmağa başlayıb.

Musavat.com xəbər verir ki, proqramın ilk buraxılışında görkəmli şair Musa Yaqub və “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arıf Əliyevlə birgə mətbuat və cəmiyyət mövzusu müzakirə edilib.

"Peyk televiziyası ilə efirə çıxmış verilişdə ictimai-mədəni həyatımızın müxtəlif məsələlərinın mətbuatda əksi, çağdaş problemlər, tarix və milli düşüncə cərəyanları, ölkə mediasının durumu və s. məsələlər işıqlandırılacaq" – deyə Q.Məhərrəmli öz Feysbuk səhifəsində məlumat verib. O bildirib ki, müzakirələrdə təkcə media təmsilçiləri yox, müxtəlif peşə sahibləri, tanınmış mütəxəssis-alimlər, o cümlədən siyasətçilər də iştirak edəcəklər.

Xatırladaq ki, 2004-cü ildə təsis olunmuş Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil media qurumudur və ABŞ-ın Çikaqo şəhərindən Hotbird (13 dərəcə Şərq) və Selstar (1215 dərəcə Qərb) peykləri ilə yayımlanır. Telekanalı Feysbukda Gunaz.tv səhifəsindən də izləmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar