Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - SAXLANILDI

Tarix: 17-08-2022 12:31     Baxış: 41 160 A- / A+

İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

Manevr.az 
bildirir ki, qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə,  bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini  kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib. 


Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Baş Prokurorluq bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar