Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Səfər Mehdiyev gülləkeçirməz maşınları necə alıb?

Tarix: 11-08-2022 10:36     Baxış: 41 030 A- / A+

Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMV markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.


Manevr.az
bildirir ki, mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev axar.az-a açıqlamasında qanunla qadağan olunmayan hər bir şeyin icazəli sayıldığını deyib.

Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar:

"Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”, - hüquqşünas deyib.

Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı haqda bəyannamə təqdim etməlidirlər:

"Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar