Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalqdan üzr istəmək əvəzinə, bəraət tələbi - həbsdən müqavimət...

Tarix: 03-08-2022 10:07     Baxış: 31 003 A- / A+


Məmurlar təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə qarşı çıxırlar
Sabiq icra başçılarının məhkəmə prosesi başa çatdı. Aylarla istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları məhkəmədə sübuta yetirilən bu şəxslərin müqaviməti diqqət çəkir. Barələrindəki məhkəmə hökmü və qərarları ilə razılaşmadıqları, üstəlik, daha yüngül cəzaya deyil, bəraətverici əsaslarla hökmə nail olmaq istəkləri göz deşir.
Məsələn, bir neçə ay əvvəl məhkəməsi başa çatan Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və məhkəmənin müəyyən mərhələsində ifadə verməkdən imtina edib. İsmayıl Vəliyevin barəsindəki qərardan şikayəti Ali Məhkəməyə qədər gedib çıxsa da, 10 illik cəzadan yalnız 6 ay çıxdaş edə bilib. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Yada salaq ki, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. İyulun 26-da İmişli Rayon İcra Hakimiyyətinin  həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror Vilyam Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan başqa, məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb.
Ağsaqqallar – Azərbaycanda sabiq yüksək vəzifəli məmurlar yüz minlərlə  manat rüşvətə görə həbs edildilər – RƏSMİ
Hökmdə qeyd edilib ki, Vilyam Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.
Cəlilabad Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq başçı Namiq Zeynalov barəsindəki hökmdən apelyasiya şikayəti verib. O, Şirvan Apelyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət tələb edir.
Yada salaq ki, Prezident İlham Əliyev yeni təyin edilən icra başçılarını qəbul edərkən həbsdəki məmurlar haqda da danışmışdı.  “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Göründüyü kimi, son olaraq Cəlilabadın sabiq başçısı da özünü nəinki təqsirli bilir, üstəlik, digərləri kimi o da bəraət istəyir.  Bu isə o deməkdir ki, sabiq məmurlar təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə müqavimət göstərirlər. Bəs barələrində ağır ittihamlara baxmayaraq, xalqdan üzr istəmək əvəzinə, bəraət tələb etmələrinin səbəbi nədir? Sabiq məmurlar müqavimət göstərməklə nəyə nail olmaq istəyirlər, hansı mesajı verirlər?
Azərbaycanda BU SABİQ MƏMURLAR azadlığa buraxıla bilər - Siyahıda daha  kimlər var? - Ajmedia.info
 Hüquqşünas, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, icra başçılarının müqaviməti əbəs deyil: “Uzun illərdir ki, həbs olunan məmurlar onlara verilən cəzaların çox az hissəsini çəkib azadlığa buraxılırlar. Onların azadlığa çıxmasında Azərbaycan məhkəmələrinin, hakimlərin müstəsna rolu var. Bu gün büdcə pullarına əli çatan hər kəsin oğurlamaq üçün geniş imkanları var. Məmurlar, icra başçıları bilirlər ki, həbsə alınsalar, uzağı 3-4 ilə Azərbaycan məhkəməsi onları azadlığa buraxacaq. Çünki ölkədə korrupsioner məmur, vəzifəli şəxs, icra başçılarının məhkəmələrdəki çirkaba bulaşmış hakimlərin əli ilə azadlığa çıxarılması praktikası çox geniş şəkildə yayılıb və belə işlərə baxan bütün məhkəmələrdə arestant vəzifə sahiblərinin xeyrinə qərarlar çıxarılıb! Bunu bu gün həbsdə olan icra başçıları da çox gözəl bilirlər. Ona görə də müqavimət göstərirlər, mübarizə aparırlar”.
Hüquqşünas deyir ki, icra başçılarının maaşlarını nəzərə alsaq və onlardan müsadirə olunan əmlakların siyahısına baxsaq, talançı korrupsiyanın, rüşvətxorluğun var olduğunu görərik: “Bu adamlarda həm də belə fikir hakimdir ki, onlar toxunulmazdır. Otururlar vəzifədə, dövlətin xalqın rifahına ayırdığı pulları oğurlayırlar. Araşdırmalar göstərir ki, tutulan icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Xalqın, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların bir yeri var, o da həbsdir. Korrupsiyaya bulaşan, rüşvət alan başçıların real cəzaya məhkum olunması azdır, həmin cəzanı tam şəkildə çəkmələri gərəkdir. Onların tez bir zamanda azadlığa çıxmasını təmin edən bütün ”cığırlar" bağlanmalıdır". 
Hüquqşünas bildirib ki, həbs olunan məmurlara xoşluqla başqalarının adına rəsmiləşdirdikləri bütün əmlakların qaytarılması təklif olunmalıdır: “Bu təklif kimlərəsə qəribə gələ bilər, amma həbsdəki məmura, icra başçısına şərait yaradılmalıdır ki, oğurladıqlarının 90 faizini geri qaytarsın. Əlbəttə ki, kimsə bunu öz xoşu ilə etməyəcək. Sərt və qanuni cəzalarla buna nail olmaq mümkündür. Komforta öyrəşmiş başçılara ”içəri"də qara dustaqdan fərqli olmayan bir yaşam təmin edilməlidir. İstər-istəməz komfortlu həyata öyrəşən biri kimi həbsdə də özünə həmin şəraitə yaxın yaşamı təmin etməyə çalışacaq. Bu halda adamlara konkret şərt irəli sürülməlidir:  oğurladığını ver, komfortunu təmin elə. Yoxsa ki, icra başçıları, nazirlər həbsə düşəndə özlərinə orada yaxşı şərait yaradırlar. Adi insanın həbsxanadakı həyatı ilə məmurun, oliqarxın həyatı eyni olmur. Onlar orada heç cür pis yaşamırlar, xalqdan oğurladıqları pulların cüzi bir hissəsini xərcləməyin qarşılığında özləri üçün çox gözəl şərait qururlar. Əlbəttə, azadlıqdan gözəl nemət yoxdur. Ancaq həbsdə bütün hüquqları məhdudlaşdırılsa da, öz həyatlarını sürürlər. İstənilən şəxs yanlarına gedə bilir, telefonları da olur, danışa bilirlər. Bu baxımdan Azərbaycanda son illərin təyinatları, gənc kadrlar istisna olmaqla, əvvəlki məmurların, xüsusən də icra hakimiyyəti başçılarının əksəriyyəti bunu gözə alıb. Korrupsiyaya görə sərt cəza verilməli və korrupsionerlərin həbsdə özlərinə şərait qurmalarının qarşısı alınmalıdır".
Hüquqşünas deyib ki, korrupsiyaya görə həbsə alınan heç bir icra başçısı, məmur əfv və amnistiyaya düşməməlidir: “Azərbaycanda sərt qanunlar qəbul olunmalıdır. Amma belə bir şərt də qoyula bilər ki, öz adına və başqalarının adına olan bütün əmlakı gətir qaytar və ondan sonra daha yüngül cəzaya ümid elə”.
Hüquqşünas gənclərin icra başçısı postuna təyinatının müsbət tendensiya olduğunu, lakin  gənc kadrların yerlərdə köhnədən qalma komanda üzvləri ilə çox da uzağa gedə bilməyəcəklərini də vurğulayıb: “İcra başçılarına yüksək məbləğlərdə məvacib verilməlidir. Rayonun əhali sayından, iş həcmindən asılı olaraq icra başçılarına 20-25 min manat məvacib verilməlidir. Bu məvacibin qarşılığında icra başçılarından effektiv iş tələb etmək olar. Başqa cür rayonlarda vəziyyəti dəyişmək, effektiv idarəçiliyə nail olmaq qeyri-mümkündür. 2-3 min maaş alan icra başçısının rüşvətə, korrupsiyaya bulaşmaması inandırıcı görünmür. Dövlət məmurlarının əmək haqqı elə olmalıdır ki, onun gözü rayondakı müəllimlərin, həkimlərin əlində olmasın. İş adamlarına münasibətdə qanunsuzluqlara yol verməsin”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar