Xəbər lenti
"Naşı şairlərin ilham yabısı axsayır, büdrəyir Cıdır düzündə..." - Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu
Manevr.az görkəmli şairimiz Rafiq Yusifoğlunun şeirlərini təqdim edir:
BİR OVUC TORPAQ
Ümidlə baxsam belə hər açılan səhərə,
Ağrıların əlindən qurtara bilmədim mən.
Səni mən gətirmişdim, əziz ana, şəhərə,
Bağışla ki, geriyə qaytara bilmədim mən...
Qaçqınların ahından gələrdi Vətən ətri,
Səbirlər diləyərdik sizə,
hər gün səbirlər.
Hamı qəribsəmişdi doğma evindən ötrü,
Qərib adam görmüşdük, –
bu da qərib qəbirlər...
İllər görüb işini, qəlbimin odu sönüb,
Daha əlimdən gəlmir sel tək coşub çağlamaq.
Qismətimdə var imiş yenidən geri dönüb,
Xarabazar yurdumda için-için ağlamaq.
Qaldım öz evimizə uzaqdan baxa-baxa,
Baxışlarımla öpdüm daşını, divarını...
Üz də sürtə bilmədim o müqəddəs torbağa,
Aşıb keçə bilmədim illərin hasarını...
Nə qədər baxasıyıq evimizə uzaqdan?
Daha insanların da güvə düşüb səbrinə.
Əlimdən nə gəlir ki, doğulduğun torpaqdan
Bircə ovuc gətirib cəpdim sənin qəbrinə...
İndən belə çətin ki, tale sizə yar ola?
Ayrılıq ayazında baş daşın buz kimidi...
O bir ovuc torpaqla sağalarmı yaralar? –
O torpaq yox, yaraya səpilən duz kimidi...
27.12.2021
***
Çox haqsızlıq görmüşük tarixin varağında,
Çox arzu şəhid olub azadlıq sorağında.
Yetimə can deyənlər dar ayaqda mısıdıb,
Quzunu tənha qoyub ayının qabağında...
Nə vaxt son qoyulacaq bu sonsuz rəzalətə?
Zavallı xalq nə qədər dözəcəkdir zillətə?
Oğrular doğru çıxıb, doğrular tənha qalıb,
Gücə boyun əyənlər kəm baxar ədalətə...
Zatı qırıq olandan sədaqətli yar çıxar? –
İlan yumurtasından zəhərli şahmar çıxar.
“Mənəm-mənəm” deyənlər öz başının hayında,
Zalıma baş əyənlər məzluma qahmar çıxar?
25.02.2022
ŞAİRLƏR ŞUŞADA ŞEİR OXUYUR
Mat-məəttəl qalıb qala qapısı,
Şuşanın təbəssüm donub üzündə.
Naşı şairlərin ilham yabısı
Axsayır, büdrəyir Cıdır düzündə...
İnsan söz deməmiş gərək düşünə,
Onsuz da bu yurda olan olubdur...
Meydanda gör kimlər döyür döşünə? –
Şəhidlər, qazilər yalan olubdur...
Vətən vətən olur qəhrəmanıyla,
Alayın üstünə tək gedənlər var.
Zəfər nəğməsini qızıl qanıyla,
Qayalar üstünə həkk edənlər var.
Ağrılar şəhərin çöküb içinə,
Hələ burda hava barıt qoxuyur.
Dərələr səsini çəkib içinə,
Şairlər Şuşada şeir oxuyur...
Hisslər his qoxulu, düçüncə yavan,
Kəsib nəğməsini sarı bülbüllər.
Görən nə düşünür Vaqif, Natəvan?
Başını bulayır xarıbülbüllər...
18.07.2022
VƏTƏN SEVGİSİ
Ey kürsülərdə sinə döyən
mandatlı canavarlar,
Mənim vətən sevgim
sizin vətən sevginizə oxşamaz. –
Vətəni sevən
onun var-dövlətini talayıb,
ayrı-ayrı ölkələrə daşımaz...
Vətən mənim üçün
nəfəsdi, candı.
Vətən gözlərimdə işıq,
damarlarımda axan qandı...
Nə vəzifə arzulamışam,
nə axar-baxarlı torpaq
umacağım var...
Nəyim də olmasa,
gözütoxluğum,
ədəb-ərkanım,
qanacağım var...
Siz isə tamah dənizində üzən
köhnə gəmisiniz...
Vətənin cəmdəyini uf demədən
şaqqalayan qəssab kimisiniz! –
Göylərə baş çəkən uca hasarlar
Vətən mülkünü bəzəməz...
Mənim vətən sevgim
sizin vətən sevginizə bənzəməz...
06.01.2022
***
Kimdi axı
əmin-amanlıq istəyən?
Kimdi axı
dalaşanları barışdıran?
Dünyanın hər yerində
“sülhmərəmlı” çömçəsi deyilmi
Müharıbə qazanını qarışdıran?...
06.01.2022
QƏHRƏMAN QATİLLƏR
Niyə özünüzə qəsd elədiniz
ömrünüzün bahar fəslində? –
Qatil Mayakovski,
Qatil Yesenin,
Qatil Fadeyev! –
Siz qəhrəmansınız əslində...
Təzyiqlərdən cana doydunuz,
“Alın a,
yana-yana qalın a” –
deyə-deyə
özünüzə qıydınız, –
Siziə güvənən ölkəni
yana-yana qoydunuz....
06.01.2022
NİGARAN RUHLAR
Qələbə ilə
öyünməyə haqlıdır,
böyük bir xalq,
kiçik bir ölkə.
Heç kəs zəfərimizə
sala bilməz zərrə qədər kölgə...
Ancaq qəlbimiz
həsrətdən elə göynəyir ki,
bilmirik yer nədir,
bilmirik göy nədir?
Təkcə igidlərimiz deyil,
şəhid olan kəndlərimiz,
şəhərlərimiz,
şəhid olan vətənlı günlərimiz,
aylarımız, illərimiz də
içimizi göyüm-göyüm göynədir...
Torpaqlarımızı
xilas eləsək də yağılardan,
ürəklərimiz xilas olmayıb hələ
əzablardan, ağrlardan...
Otuz ildi ki,
mürgüləməyə çalşsaq da,
gözümüzə getməyib
bir çimir yuxu...
Yalnız ata ocaqlarının
işıqları yananda
rahatlıq, dinclik tapa biləcək
Ata- anaların,
nənə-babaların
nigaran ruhu...
26.06.2022
DÖYÜŞLƏRDƏN SALAMAT ÇIXAN ƏSGƏRİN
DÜŞÜNCƏLƏRİ
Hər kəsin bir taleyi var, –
Öz qismətinin meyvəsini
dərir hərə;
Bizi qınamayın ölmədiyimizə,
yaralanmadığımıza görə...
Gündə yüz dəfə öldürür adamı
Kinayəli baxışlar,
atmacalı sözlər...
Biz eşitdiyimizi
eşitməsin qulaqlar,
Biz gördüyümüzü
görməsin gözlər...
Nələr çəkdiyimizi
bir Allah bilir
qələbə anına qədər...
Unutmayın ki,
biz də ləyaqətlə vuruşmuşuq,
Müharibənin əvvəlindən
sonuna qədər...
Düşmən gülləsinə
tuş gəlməsək də,
Ara-sıra söz gülləsi
yağır üstümüzə...
Gecə-gündüz boğuluruq,
Özümüz öz qəhər tüstümüzə...
Heç zaman Vətənin taleyinə
biganə qalmamışıq,
düşmənin anasını ağladıb,
dostu güldürmüşük!
Günahımız nədi ki,
şəhid olmamışıq,
qazi olmamışıq, –
Biz Vətən uğrunda
yaralanmasaq da,
ölməsək də,
Vətən uğrunda
öldürmüşək...
15.07.2022
ADAMI OLMAYAN ADAM
Deyirsən: –Adamım yoxdu,
Qapı dalında qalmışam...
Adamlığı olmayanın
Qulu, nökəri olmuşam.
Ev verdilər bəhmənkəsə,
Ad verdilər filankəsə.
Niyə mən qaldım kənarda? –
Oy, nə qədər uman, küsən...
Addımbaşı, qədəmbaşı
Namərd kül üfürür gözə.
Xoşbəxtliə gedən yollar,
Dolamadır, deyil kəsə....
Adamın olmasa əgər,
Bəxtin gülərmi üzünə? –
Haqsızlığa boyun əyib,
Toxtaqlıq vermə özünə...
Həyatın ah-ufla keçir,
Ağlayırsan, zarıyırsan.
Hərəkət olmayan yerdə
Bərəkətmi arayırsan?
Səni adam sayarlarmı
Namərd önündə əyilsən?
“Adamım yoxdu” söyləmə,
Bəs özün adam deyilsən?
Təzə nırxlamı işləsin
İndən belə köhnə bazar?
Sözümə məhəl qoymursan,
Tükənməyir giley-güzar;
Deyirsən: “Bu haqsızlığı
Göydə olan kişi görmür?” –
Adamı olmayan adam,
Allah bəndə işi görmür...
17.07.2022
ŞƏHİDLƏRİN TƏŞNƏ RUHU
Laqeydlik, biganəlik
doğmaları da
yad eləyir;
Gör kimlər kimləri
yad eləyir? –
İsa bulağından bir qurtum
su içə bilməyən
şəhidlərin təşnə ruhu
İsa bulağında su yox,
araq içənləri görüb
fəryad eləyir....
27.07.2022
***
Bu dünya xali deyil,
Yer üzündə adam çoxdu:
Ancaq təəssüf ki,
Adam olanın adamı,
Adamı olanın
adamlığı yoxdu...
2022
Manevr.az görkəmli şairimiz Rafiq Yusifoğlunun şeirlərini təqdim edir:
BİR OVUC TORPAQ
Ümidlə baxsam belə hər açılan səhərə,
Ağrıların əlindən qurtara bilmədim mən.
Səni mən gətirmişdim, əziz ana, şəhərə,
Bağışla ki, geriyə qaytara bilmədim mən...
Qaçqınların ahından gələrdi Vətən ətri,
Səbirlər diləyərdik sizə,
hər gün səbirlər.
Hamı qəribsəmişdi doğma evindən ötrü,
Qərib adam görmüşdük, –
bu da qərib qəbirlər...
İllər görüb işini, qəlbimin odu sönüb,
Daha əlimdən gəlmir sel tək coşub çağlamaq.
Qismətimdə var imiş yenidən geri dönüb,
Xarabazar yurdumda için-için ağlamaq.
Qaldım öz evimizə uzaqdan baxa-baxa,
Baxışlarımla öpdüm daşını, divarını...
Üz də sürtə bilmədim o müqəddəs torbağa,
Aşıb keçə bilmədim illərin hasarını...
Nə qədər baxasıyıq evimizə uzaqdan?
Daha insanların da güvə düşüb səbrinə.
Əlimdən nə gəlir ki, doğulduğun torpaqdan
Bircə ovuc gətirib cəpdim sənin qəbrinə...
İndən belə çətin ki, tale sizə yar ola?
Ayrılıq ayazında baş daşın buz kimidi...
O bir ovuc torpaqla sağalarmı yaralar? –
O torpaq yox, yaraya səpilən duz kimidi...
27.12.2021
***
Çox haqsızlıq görmüşük tarixin varağında,
Çox arzu şəhid olub azadlıq sorağında.
Yetimə can deyənlər dar ayaqda mısıdıb,
Quzunu tənha qoyub ayının qabağında...
Nə vaxt son qoyulacaq bu sonsuz rəzalətə?
Zavallı xalq nə qədər dözəcəkdir zillətə?
Oğrular doğru çıxıb, doğrular tənha qalıb,
Gücə boyun əyənlər kəm baxar ədalətə...
Zatı qırıq olandan sədaqətli yar çıxar? –
İlan yumurtasından zəhərli şahmar çıxar.
“Mənəm-mənəm” deyənlər öz başının hayında,
Zalıma baş əyənlər məzluma qahmar çıxar?
25.02.2022
ŞAİRLƏR ŞUŞADA ŞEİR OXUYUR
Mat-məəttəl qalıb qala qapısı,
Şuşanın təbəssüm donub üzündə.
Naşı şairlərin ilham yabısı
Axsayır, büdrəyir Cıdır düzündə...
İnsan söz deməmiş gərək düşünə,
Onsuz da bu yurda olan olubdur...
Meydanda gör kimlər döyür döşünə? –
Şəhidlər, qazilər yalan olubdur...
Vətən vətən olur qəhrəmanıyla,
Alayın üstünə tək gedənlər var.
Zəfər nəğməsini qızıl qanıyla,
Qayalar üstünə həkk edənlər var.
Ağrılar şəhərin çöküb içinə,
Hələ burda hava barıt qoxuyur.
Dərələr səsini çəkib içinə,
Şairlər Şuşada şeir oxuyur...
Hisslər his qoxulu, düçüncə yavan,
Kəsib nəğməsini sarı bülbüllər.
Görən nə düşünür Vaqif, Natəvan?
Başını bulayır xarıbülbüllər...
18.07.2022
VƏTƏN SEVGİSİ
Ey kürsülərdə sinə döyən
mandatlı canavarlar,
Mənim vətən sevgim
sizin vətən sevginizə oxşamaz. –
Vətəni sevən
onun var-dövlətini talayıb,
ayrı-ayrı ölkələrə daşımaz...
Vətən mənim üçün
nəfəsdi, candı.
Vətən gözlərimdə işıq,
damarlarımda axan qandı...
Nə vəzifə arzulamışam,
nə axar-baxarlı torpaq
umacağım var...
Nəyim də olmasa,
gözütoxluğum,
ədəb-ərkanım,
qanacağım var...
Siz isə tamah dənizində üzən
köhnə gəmisiniz...
Vətənin cəmdəyini uf demədən
şaqqalayan qəssab kimisiniz! –
Göylərə baş çəkən uca hasarlar
Vətən mülkünü bəzəməz...
Mənim vətən sevgim
sizin vətən sevginizə bənzəməz...
06.01.2022
***
Kimdi axı
əmin-amanlıq istəyən?
Kimdi axı
dalaşanları barışdıran?
Dünyanın hər yerində
“sülhmərəmlı” çömçəsi deyilmi
Müharıbə qazanını qarışdıran?...
06.01.2022
QƏHRƏMAN QATİLLƏR
Niyə özünüzə qəsd elədiniz
ömrünüzün bahar fəslində? –
Qatil Mayakovski,
Qatil Yesenin,
Qatil Fadeyev! –
Siz qəhrəmansınız əslində...
Təzyiqlərdən cana doydunuz,
“Alın a,
yana-yana qalın a” –
deyə-deyə
özünüzə qıydınız, –
Siziə güvənən ölkəni
yana-yana qoydunuz....
06.01.2022
NİGARAN RUHLAR
Qələbə ilə
öyünməyə haqlıdır,
böyük bir xalq,
kiçik bir ölkə.
Heç kəs zəfərimizə
sala bilməz zərrə qədər kölgə...
Ancaq qəlbimiz
həsrətdən elə göynəyir ki,
bilmirik yer nədir,
bilmirik göy nədir?
Təkcə igidlərimiz deyil,
şəhid olan kəndlərimiz,
şəhərlərimiz,
şəhid olan vətənlı günlərimiz,
aylarımız, illərimiz də
içimizi göyüm-göyüm göynədir...
Torpaqlarımızı
xilas eləsək də yağılardan,
ürəklərimiz xilas olmayıb hələ
əzablardan, ağrlardan...
Otuz ildi ki,
mürgüləməyə çalşsaq da,
gözümüzə getməyib
bir çimir yuxu...
Yalnız ata ocaqlarının
işıqları yananda
rahatlıq, dinclik tapa biləcək
Ata- anaların,
nənə-babaların
nigaran ruhu...
26.06.2022
DÖYÜŞLƏRDƏN SALAMAT ÇIXAN ƏSGƏRİN
DÜŞÜNCƏLƏRİ
Hər kəsin bir taleyi var, –
Öz qismətinin meyvəsini
dərir hərə;
Bizi qınamayın ölmədiyimizə,
yaralanmadığımıza görə...
Gündə yüz dəfə öldürür adamı
Kinayəli baxışlar,
atmacalı sözlər...
Biz eşitdiyimizi
eşitməsin qulaqlar,
Biz gördüyümüzü
görməsin gözlər...
Nələr çəkdiyimizi
bir Allah bilir
qələbə anına qədər...
Unutmayın ki,
biz də ləyaqətlə vuruşmuşuq,
Müharibənin əvvəlindən
sonuna qədər...
Düşmən gülləsinə
tuş gəlməsək də,
Ara-sıra söz gülləsi
yağır üstümüzə...
Gecə-gündüz boğuluruq,
Özümüz öz qəhər tüstümüzə...
Heç zaman Vətənin taleyinə
biganə qalmamışıq,
düşmənin anasını ağladıb,
dostu güldürmüşük!
Günahımız nədi ki,
şəhid olmamışıq,
qazi olmamışıq, –
Biz Vətən uğrunda
yaralanmasaq da,
ölməsək də,
Vətən uğrunda
öldürmüşək...
15.07.2022
ADAMI OLMAYAN ADAM
Deyirsən: –Adamım yoxdu,
Qapı dalında qalmışam...
Adamlığı olmayanın
Qulu, nökəri olmuşam.
Ev verdilər bəhmənkəsə,
Ad verdilər filankəsə.
Niyə mən qaldım kənarda? –
Oy, nə qədər uman, küsən...
Addımbaşı, qədəmbaşı
Namərd kül üfürür gözə.
Xoşbəxtliə gedən yollar,
Dolamadır, deyil kəsə....
Adamın olmasa əgər,
Bəxtin gülərmi üzünə? –
Haqsızlığa boyun əyib,
Toxtaqlıq vermə özünə...
Həyatın ah-ufla keçir,
Ağlayırsan, zarıyırsan.
Hərəkət olmayan yerdə
Bərəkətmi arayırsan?
Səni adam sayarlarmı
Namərd önündə əyilsən?
“Adamım yoxdu” söyləmə,
Bəs özün adam deyilsən?
Təzə nırxlamı işləsin
İndən belə köhnə bazar?
Sözümə məhəl qoymursan,
Tükənməyir giley-güzar;
Deyirsən: “Bu haqsızlığı
Göydə olan kişi görmür?” –
Adamı olmayan adam,
Allah bəndə işi görmür...
17.07.2022
ŞƏHİDLƏRİN TƏŞNƏ RUHU
Laqeydlik, biganəlik
doğmaları da
yad eləyir;
Gör kimlər kimləri
yad eləyir? –
İsa bulağından bir qurtum
su içə bilməyən
şəhidlərin təşnə ruhu
İsa bulağında su yox,
araq içənləri görüb
fəryad eləyir....
27.07.2022
***
Bu dünya xali deyil,
Yer üzündə adam çoxdu:
Ancaq təəssüf ki,
Adam olanın adamı,
Adamı olanın
adamlığı yoxdu...
2022
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar