Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Polis generalı Milli Şuraya mitinq xəbərdarlığı etdi

Tarix: 07-04-2017 11:30     Baxış: 4276 A- / A+
Polis generalı Milli Şuraya


Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Manevr.az Apa-ya istinadən xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Qeyd edək ki, Milli Şura aprelin 9-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.

Milli Şura tövsiyəni nəzərə alaraq mitinqin aprelin 8-də keçirilməsinə qərar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar