Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məsələləri Anar özü həll etmir, siyahını hazırlayıb qol çəkdirirlər

Tarix: 19-07-2022 16:19     Baxış: 3883 A- / A+

                                       Süleyman Hüseynov
                                        AYB-nin üzvü

Son günlər Şuşada keçirilən Vaqif günləri ətrafında söz-söhbətlər səngimir. Düzü, bu söhbətlərə qarışmaq istəmirdim. Bu halların cəmiyyətimizdə təbii hal olmasına  öyrəşmişik. 
Hər yerdə olduğu kimi, ədəbiyyatda da tanışlıq, haqsızlıq, yerlibazlıq uzun illərdir davam edir. Ona görə susurdum. Lakin bu məsələ ətrafında tənqidlər təhqirə keçəndə dözmədim. Xüsusən, bəzi yaşlı, orta və cavan yazarlar etikadan kənar danışanda mənə də toxunur. İlk növbədə bildirirəm ki, Şuşa tədbirində heç kim mənim yerimi tutmayıb. Baxmayaraq ki, hamı kimi mənim də bu tədbirə qatılmağa haqqım çatır. Yaradıcılığımda, əsasən də 1990-cı ildən bəri vətənpərvərlik mövzusu əsas mövzudur. O cümlədən, Qarabağ savaşına həsr olunmuş "And" kimi romanı ortaya qoymuşam. Lakin səhhətimlə bağlı mənim bu tədbirə qatılmaq imkanım yoxdur və siyahıda adım olsaydı da bu səfərə gedə bilməyəcəkdim. Ömür vəfa etsə, bir gün Şuşanı, azad Qarabağı özüm ziyarət edərəm. İndisə bu səfərlə bağlı bəzi fikirlərimi bölüşməklə kifayətlənirəm.
Əvvəla, bu məsələdə yazarların, xüsusən şairlərin partiyalılıq prinsipini əsas götürülməyini düzgün saymıram. Bu Vətən hamının vətənidir. Müharibə zamanı heç kəs soruşmurdu kim hansı partiyanın üzvüdür. Yazar azad düşüncəyə malik olmalıdır, mədhiyyə yazmamalıdır. Məddahlıq ədəbiyyat deyil. Sözsüz burda bir hədd olmalıdır-dövlətçiliyə qarşı çıxmaq qəti yol verilməzdir!
İkincisi- kim necə gedib, hansı yolla gedib, keçdi getdi. Yaxşı, bəs Şuşada yemək-içmək məclisində oturub, şəkil çəkdirib və fəxrlə yazmaq ki, "məclisimizin başında Anar müəllim oturub" nə deməkdir?! Yeyib-içməyə başınıza yer qəhətdir?! Şəhidlərimizin, qazilərimizin qan izi o torpaqda hələ silinməyib. Siz o müqəddəs dediyimiz torpağa tədbirə (özü də dövlət səviyyəli tədbirə) getmişdiniz, ya da yeyib içməyə?! Bir tərəfdən şəhidlər haqqında kitab çap etdirirsən, digər tərəfdən vətən övladlarının qanı tökülən yerdə yeyib-içirsiniz. Bunu necə başa düşək?! Mənim fikrimcə, ümumiyyətlə yemək-içmək məclislərini sosial şəbəkədə paylaşmaq etikadan kənardır.
Üçüncüsü- Sayman Aruz yazar dostuna yazırsa "qardaş, narahat olma, gələn dəfə sənin də adını siyahıya  yazdıracağam", bu nə deməkdir?! Saymana bu səlahiyyəti kim verib?! Bəlkə Anarın səlahiyyətlərini ona veriblər?!
Təkcə bu iki fakt sübut edir ki, Anar bu məsələləri özü həll etmir. Sadəcə, hazır siyahını kimlərsə Anara qol çəkdirirlər.
Anar sözsuz ki, böyük şəxsiyyətdir. Tarixə düşüb. Ölkəmiz, ədəbiyyatımız üçün çox işlər görüb. Lakin həyatın əvvəli və sonu var. Eləcə də Anar üçün. İstəsə də, istəməsə də qəbul etməlidir ki, bu günkü günlə ayaqlaşa bilmir. Yaş işini görür. Mütləq deyil ki, ömrünü elə kresloda başa vursun. Müdrik o rəhbərdir ki, vaxtında kreslodan əl çəkə və rəhbərliyi elə özünün yetişdirdiyi cavan və orta yaşlı kadrlara verə. Özü isə AYB - nin fəxri sədri kimi qala. Bu, şəxsi fikrimdir və mənə elə gəlir ki, bu fikirlə çoxu, o cümlədən Anarın özü də razılaşar.
Sonda sözüm qələm yoldaşlarımadır. Heç kəs demir Şuşada deyib- gülməyin,sevinməyin,şəkillər paylaşmayın. Əksinə, Şuşanı addım-addım gəzin, ilham alın, yeni əsərlərə mövzular axtarın, oxuyun, çalıb - oynayın, rəqs edin. Lakin hər şey yerində və qədərində gözəldir!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar