Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin iclasları zamanı baş vermiş unudulmaz DAVALAR – ARAŞDIRMA

Tarix: 16-07-2022 10:27     Baxış: 5607 A- / A+

Dünyanın bir çox ölkələrinin parlamentlərində əlbəyaxa davalar, butulka “yağış”larını zaman-zaman görmüşük. Lakin Azərbaycan Milli Məclisində bu cür hallar demək olar ki, baş verməyib.

Doğrudur, 1990-93-cü illərdə parlamentin Ali Sovet adlandırıldığı vaxtlarda gərgin mübahisələrə, bəzən də təhqirlərə rast gəlmək mümkün idi. 1995-ci ildə Milli Məclisin ilk çağırışı öz işinə başladıqdan sonra bu tip xoşagəlməz halların sayı xeyli azaldı. Lakin parlamentdə 1995-ci ildən bu günə kimi olan dövrdə ara-sıra gərginliklər, bir halda isə əlbəyaxa davaya da şahidlik etmişik.

Hüseyn Abdullayev – Fəzail Ağamalı

Milli Məclisin 2007-ci il, martın 16-da keçirilən iclasında H.Abdullayevlə deputat Fəzail Ağamalının davası düşüb. Parlamentarilər əvvəlcə söz savaşına çıxıblar, daha sonra isə yumruqlar işə düşüb. Yalnız digər deputatların müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Hadisədən 3 gün sonra, martın 19-da Milli Məclis baş prokuror Zakir Qaralovun təqdimatına əsasən H.Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) və 132-ci (döymə) maddələri üzrə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi H.Abdullayev haqda iki aylıq həbs tədbiri seçib. Mayın 18-də Səbayel Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan H.Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.

Əhəd Abıyev – Əli Kərimli

Milli Məclisin 2004-cü il dekabrın 24-də keçirilən iclasında Əhəd Abıyev çıxışı zamanı Əli Kərimlinin ünvanına xoşagəlməz ifadələr səsləndirir. Bundan sonra AXCP sədri də daxil olmaqla bir sıra müxalif deputatlar Əhəd Abıyevın çıxışının dayandırılmasını spiker Murtuz Ələsgərovdan tələb edirlər. Lakin tərəflərin qarşılıqlı təhqir, təhdid və ittihamları davam edir. Tərəflər bir-birlərinin üzərinə yerisələr də digər deputatlar mübahisənin dava-dalaşa çevrilməsinə mane olurlar.

Fazil Mustafa – Ziyafət Əsgərov

Milli Məclisin 2015-ci il aprelin 3-də keçirilən iclasında millət vəkili Fazil Mustafa müzakirələr zamanı ona söz verilməməsinə etiraz edib. Vitse-spiker Ziyafət Əsgərovsa buna cavab olaraq Fazil Mustafanın çıxış üçün müraciət etmədiyini əsas gətirib. Fazil Mustafa yenidən deputatların rəyinin nəzərə alınmadığını bildirdikdə isə vitse-spiker millət vəkili mətbuat qarşısında populist çıxışlar etməkdə ittiham edib. Mübahisə gərginlik artmadan sakitləşsə də, sonrakı dövrdə hər iki tərəf mətbuata verdikləri açıqlamalarda bir neçə dəfə qarşı tərəfin ünvanına tənqidi fikirlər səsləndiriblər.

Oqtay Əsədov – Zahid Oruc

Milli Məclisin 2016-cı ilin 24 iyununda keçirilən iclasında çıxışında Zahid Oruc “tax-free” sistemi ilə bağlı fikirlərini səsləndirdikdən sonra O.Əsədov isə bu məsələnin Aİ ilə əlaqələndirilməsini düzgün hesab etməyərək Z.Oruca irad tutub. O bildirib ki, "tax-free" sistemi təkcə Aİ ölkələrində deyil, dünyanın 130 ölkəsində tətbiq olunur. Spiker əlavə edib ki, Azərbaycanın bu sistemi tətbiq etməsinin Aİ ilə heç bir əlaqəsi yoxdur. Z.Oruc isə O.Əsədovun ona irad tutmasına etiraz edib və bu dəyişikliyin əlayhinə səs verəcəyini bildirib. O.Əsədov Z.Oruca özünü aparmağı bacarmadığını deyib. 
 
Sonda isə Oqtay Əsədov İntizam Komissiyasından Zahid Orucun davranışları ilə bağlı araşdırma aparılmasını xahiş edərək, qeyri-etik davranışa görə cəzalandırılmalı olduğunu bildirib.

Zahid Oruc – Yevda Abramov

Zahid Oruc və Yevda Abramov arasında bir neçə dəfə mübahisə baş verib. 2015-ci il 29 dekabrda keçirilən iclasda Zahid Orucun çıxışı zamanı Yevda Abramov replika atıb. Z. Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq "Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir..."- deyib.  

2018-ci il noyabrın 2-də keçirilən iclasda Z.Oruc çıxış edərkən deputat Yevda Abramov "Çox danışırsan, səsə qoyaq" replikasını atıb. Z.Oruc da isə deputat həmkarına cavab verərək "Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin" cavabını verib.

Spiker Oqtay Əsədov mübahisəyə müdaxilə edərək Zahid Oruc çıxışını davam etdirməyi tövsiyə edib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil".

Məlahət İbrahimqızı – Fəzail İbrahimli
 
Milli Məclisin 2022-ci ilin fevralın 1-də M. İbrahimqızı qadın mollaların savadsızlığı, cəhaləti məsələsini qabardaraq, bu məsələlərin qanunla tənzimlənməsini təklif edib.

Vitse-spiker F. İbrahimli isə fevralın 15-də keçirilən növbəti iclasında çıxışı zamanı deputatın ötən iclasdakı təklifini xatırladaraq deyib ki, yer üzündə elə ölkə yoxdur ki, cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin. Deputatsa buna cavab olaraq, parlamentə dünən gəlmədiyini bildirərək, bu hərəkəti Fəzail İbrahimliyə yaraşdırmadığını vurğulayıb. Vitse-spiker qeyd edib ki, M. İbrahimıqızının heysiyyatına toxunacaq nəsə deyibsə, üzr istəyir.(Bizim.Media)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar