Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə yarımçıq tikilələr narkotik yuvasına çevrilib - Video

Tarix: 06-04-2017 15:12     Baxış: 4293 A- / A+
Mingəçevirdə yarımçıq tikilələr narkotik yuvasına çevrilib


Tikintisi yarımçıq qalan bu binalar bir vaxtlar Mingəçevirdə fəaliyyət göstərən müxtəlif müəssələrin işçiləri üçün nəzərdə tutulub. İndi isə həmin binalar narkotik istifadəçilərin yuvasına çevrilib.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, deyilənləri hər addımda aşkarlanan “şprist”lər də təsdiqləyir. Vəziyyət yaşayış binalarının sakinlərini qorxuya salır.

Yaşar Abdullayev – Sakin: “Başqa yerdən kənar adamlar gəlir. Neçə dəfə təzyiq göstərmişik amma görürük ki, gecələr tanımadığımız uşaqlar qabağın kəsir deyir sən kimsən? Qarovulçusanmı?”

Təhlükə təkcə narkotik istifadəçiləri ilə bağlı deyil. Güclü külək əsən zaman istismar müddətini başa vurmuş panellərin aşması da sakinlər üçün təhlükə yaradır. Evsiz insanların yaşadığı, məişət tullantılarının atıldığı, antisanitar vəziyyətdə olan bu binalara hazırda heç kim sahib çıxmır. Nə Mingəçevir şəhər icra hakimiyyəti, nə də əmlak məsələləri dövlət komitəsi.

Ekspertlər hesab edir ki, bu tip binaların dəqiq uçotu aparılmalı, kategoriyalar müəyyənləşməli, sənədlər yoxlanılmalı, ekspertiza həyata keçirildikdən sonra müvafiq qərarlar qəbul olunmalıdır. Bu tip binalar özəlləşdirilməsi üçün hərraca da çıxarıla bilər.

Hələlik isə bu binalara sahib çıxan yoxdur. Görünür məsələ həllini tapana kimi həmin ərazilərə yaxın yaşayan sakinlər bir müddətdə təşviş çində yaşayacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar