Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik Sumqayıtda vəfat edən qazi ilə bağlı məlumat yaydı

Tarix: 08-07-2022 23:02     Baxış: 4588 A- / A+


Ədliyyə Nazirliyi Sumqayıtda İcra idarəsində vəfat edən şəxslə bağlı məlumat yayıb.
Manevr.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, iyulun 7-də vətəndaş Şahmurad Məmmədov borclu olduğu məhkəmə qərarının icrası işi ilə bağlı Sumqayıt şəhəri İcra idarəsində olarkən qəflətən halı pisləşərək dünyasını dəyişib.
"İdarənin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım briqadası çağırılıb, habelə ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq ürək xəstəliyindən əziyyət çəkən Şahmurad Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş qəfləti ölümlə əlaqədar Sumqayıt şəhər prokurorluğuna dərhal məlumat verilib və müvafiq araşdırma aparılır. Bildirilir ki, məhkəmə qərarına əsasən Şahmurad Məmmədovun borcla bağlı ödənişi onun təqaüdünün (1.043 manat) cəmi 25 faizinə yönəldilib. Şahmurad Məmmədov özü hərbçi olub, I Qarabağ müharibəsində iştirak edib”, - A.Sabitova qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar