Manevr.az-ın məlumatına görə, lent.az "Onu tanı" layihəsində bu dəfə Böyük Britaniyanın istefa verən baş naziri Boris Consondan bəhs edəcək.
Nəhayət, getdi. Müasir dünyanın ən parlaq liderlərindən biri, Boris Conson istefa verdi. Əslində, neçə vaxt idi ki, Britaniyanın Baş nazirinin ətrafında siyasi böhran dərinləşməkdəydi. BBC-nin məlumatına görə, bəzi ən yaxın tərəfdarları belə onun istefasını tələb edirdilər. Baş nazirə qarşı irəli sürülən iradlar əsasən birbaşa partiyanın fəaliyyəti və ya kursu ilə əlaqəli deyildi. Əsas şikayətlər onun fərdi və rəhbərlik xüsusiyyətləri ilə bağlıydı.
Hələ dünən parlament qarşısına çıxan Conson demişdi ki, 2019-cu ildəki seçkilər vaxtı qazandığı mandat ona işini davam etdirməyə əsas verir. Və həmin gün təkcə müxalifət deyil, həm də öz Mühafizəkarlar Partiyasının üzvləri parlamentdə ona qarşı etimadsızlıq səsvermə prosedurunu işə saldılar. Bu da axırı…
Xəbər lenti
Türk Kamalın rus adı daşıyan ingilis nəvəsi: Payıza hələ var... - ONU TANI
Conson çox koloritli və qətiyyətli lider idi. Ukraynada baş verən müharibənin ilk günlərində Qərbin bir çox liderlərinin tərəddüdlü mövqeyindən fərqli olaraq Böyük Britaniya bu məsələdə birtərəfli yanaşma sərgilədi. Bununla da bütün dünyanın rəğbətini qazandı.
ABŞ doğumlu, türk əsilli, rus miqrantının adını daşıyan Boris Conson Nyu-Yorkda anadan olub. Onun ulu babası Əli Kamal Türkiyənin Çankırı vilayətinin Orta rayonundandır. Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub. 1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir.
O, bir müddət sonra İstanbula qayıdır. Siyasətlə məşğul olur. Nəticədə Atatürklə münaqişə yaşayır. O, İstanbulda ermənilərlə dostluq edir, Qarsı ermənilərdən geri alan Mustafa Kamal paşanı qəzetində təhqir edirdi. Və sonucda gənc zabitlər tərəfindən 1922-ci ilin noyabr ayının 6-da öldürülür.
Atasının ölümündən sonra oğlu Osman Böyük Britaniyaya, qohumlarının yanına qaçır. Sonradan Osmana Vilfrid adı verilir və o, nənəsinin Conson soyadını götürür. Vilfrid Conson daha sonra İren Uilyamsla evlənir. Onların Stenli adlı oğlu dünyaya gəlir. Boris Conson həmin Stenlinin oğludur.
O da ulu babası kimi əvvəlcə jurnalistliklə məşğul olur, 1987-ci ildə “Daily Telegraph”da işə başlayır, siyasi-analitik məqalələr yazır. 2001-ci ildə Boris Conson deputat seçilir. 6 il sonra isə London merliyi uğrunda mübarizəyə qatıldığını bəyan edir və qalib gəlir. O, 2015-ci ilin may ayının 7-də keçirilən seçkilərdə İcmalar palatasının deputatlığına seçilən Boris Conson mer postunu da qoruyub saxlayır.
Boris Conson hələ xarici işlər naziri vəzifəsində olarkən Kremlə qarşı sərt mövqe tutur, tez-tez Rusiya ilə bağlı sərt ifadələrə yol verir. O, hətta 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 1936-cı ildə faşist Almaniyasında keçirilən Yay Olimpiya oyunlarının keçirilməsi ilə müqayisə edir.
2019-cu ilin may ayının 24-də Tereza Meyin Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən getməsindən sonra Boris Conson bu vəzifəyə, yəni həm də baş nazirliyə namizədliyini irəli sürdüyünü açıqlayır. Onun namizədliyi həmin vaxt ABŞ prezidenti Donald Tramp tərəfindən də dəstəklənir. Həmin il keçirilən səsvermənin ilk beş turunda Conson hər dəfə rəqibləri üzərində əhəmiyyətli fərqlə birinci yeri tutur, ölkənin baş naziri vəzifəsinə seçilir.
Bu il fevralın 24-də başlayan Ukrayna müharibəsində isə o, Ukraynanın az qala xilaskar mələyinə çevrilir. İki dəfə Kiyevə gəlib Zelenskiyə açıq dəstək verir.
Məhz Boris Conson hökuməti Rusiya milyarderlərinin Böyük Britaniya adasındakı aktivlərinə, futbol klubları, lüks yaxtalar, iri malikanələr, fabrik və zavodlara sanksiyalar və həbslər qoyur. Boris Consonun təkcə fəaliyyəti ilə deyil, sözləri ilə də Kremli qıcıqlandırır.
Məsələn, onun “Vladimir Putin qadın olsaydı, savaş baş verməzdi” sözləri Moskvada o dərəcədə qəzəblə qarşılanır ki, Rusiya Federasiyasının prezidentinin sözcüsü Dmitri Peskov onunla bağlı “Qoca Freyd yaşasaydı, bu obyekti yaxşı araşdırardı” demişdi.
Bu ilin fevral ayında Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edilməsi ərəfəsində Boris Consonun Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda Böyük Britaniyanın Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır” cümləsi yer almışdı. Bir ay əvvəl isə IX Bakı Qlobal Forumunun başlaması münasibətilə göndərdiyi məktubda onun işlətdiyi “2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası” ifadəsi olduqca önəmlidir və əslində, Böyük Britaniyanın Qarabağ savaşı ilə bağlı baxışını ortaya qoyur.
Hə, bu gün o, istefa verdi. Amma hələ payızacan baş nazir səlahiyyətlərini icra edəcək.
Payıza isə hələ xeyli var...

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar