Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

“ATV” və “ARB” rəhbərliyi Prezident Administrasiyasına ÇAĞIRILDI

Tarix: 04-07-2022 17:50     Baxış: 3538 A- / A+


facebook sharing button
Son zamanlar yerli telekanalların efirində yayımlanan bəzi bayağı və ucuz şouya hesablanan verilişlərin sayının artması ölkənin ziyalı təbəqəsi və xüsusən də kütlə tərəfindən böyük narazılıqla qarşılanır. İnsanların zövqünü korlayan, əsəblərinə təsir edən bu cür verilişlərə cəmiyyət tərəfindən ictimai qınaq kəskin artır. ARB televiziyasının efirində yayımlanan “Həmin Zaur” proqramında baş verənlərə cəmiyyətin sərgilədiyi reaksiya belə deməyə əsas verir. Belə ki, müğənni Afşin Azərinin aparıcı tərəfindən efirdən çıxarılması faktı cəmiyyətdə böyük  narazılıq yaradıb və insanlar verilişin aparıcısı Zaur Kamalın, eləcə də kanalın cəzalandırılmasını tələb ediblər. Bundan sonra Audiovizual Şura “Həmin Zaur” verilişinə görə ARB-yə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, “ARB”dəki vəziyyətlə bağlı “Audiovizual Şura”nın xəbərdarlığı da, insanların əsəbini soyutmayıb. İctimai qınaq davam etdiyi üçün “ARB” və “ATV” telekanalarının rəhbərləri Prezident Administrasiyasına dəvət edilib. Onlara bayağı verilişlərin yığışdırılması üçün sərt xəbərdarlıq edilib. Əgər bu xəbərdarlıqdan nəticə çıxarılmasa, Televiziya rəhbərləri barəsində ciddi ölçü götürüləcəyi bildirilib./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar