Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın qadın generalları: İki nəfər idi, biri qaldı... - ARAŞDIRMA

Tarix: 29-06-2022 19:21     Baxış: 5673 A- / A+
Azərbaycanın qadın generalları: İki nəfər idi, biri qaldı... - ARAŞDIRMA
Hazırda Azərbaycanın güc strukturlarında kişilərlə yanaşı, qadınlar da xidmət edirlər.
 
Onlar müxtəlif rütbələr daşıyırlar - gizirdən tutmuş generala qədər… Maraqlıdır ki, poqon taxan azərbaycanlı qadınlar təkcə tibb və kargüzarlıq işlərində çalışmırlar, onlar həm də xidmət, idarə və şöbə rəisləri vəzifələrini də tuturlar.
 
Bu gün Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd, Dövlət Təhlükəsizliyi xidmətlərində xeyli yüksək rütbəli qadın çalışır.
 
Sosial şəbəkədəki müzakirələrin birində verilən “hazırda Azərbaycanda general rütbəli qadın varmı və neçə nəfərdi” sualı əməkdaşımızın da diqqətini cəlb edib.
 
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bir müddət öncəyə kimi Azərbaycanda iki nəfər qadın general olub. Lakin onlardan biri həmin rütbəni itirdiyindən, indi general poqonu taxan bir nəfər xanım qalıb.
 
Azərbaycanda general rütbəsi daşıyan ilk qadın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsini tutmuş Natəvan Mirvətova olub. O, 2009-cu il martın 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb. Həmin vaxt bu, Azərbaycanda qadının layiq görüldüyü ən yüksək hərbi rütbə idi.
Lakin 2018-ci ilin aprelində “MTN işi” çərçivəsində məsuliyyətə cəlb olunan Natəvan Mirvətovanın general-mayor hərbi rütbəsi geri alındı.
 
Həmin ilin aprelində Bakı Hərbi Məhkəməsinin qərarı ilə “MTN işi” cinayətlərində təqsirləndirilən Natəvan Mirvətovanın general-mayor rütbəsinin geri alınması barədə ölkə Prezidentə təqdimat göndərilib.
 
Məhkəmənin hökmü ilə rütbəsi alınmış Natəvan Mirvətovaya 5 il sınaq müddəti seçilməklə şərti cəza da kəsilib.
 
İndi ölkədəki yeganə qadın general Fövqəladə Hallar Nazirliyində (FHN) xidmət edir. Bu, FHN-in Kadr siyasəti Baş idarəsinin rəisi general-mayor Sevda Şirinovadır.
 
Sevda Şirinova bu rütbəyə Natəvan Mirvətovadan sonra layiq görülüb. Belə ki, ölkə baçısının 13 dekabr 2010-cu il tarixli sərəncamı ilə FHN Kadr siyasəti Baş idarəsinin rəisi Sevda Azər qızı Şirinovaya general-mayor rütbəsi verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar