Xəbər lenti
II Dünya Müharibəsi haqqında çoxumuzun bilmədiyi 16 FAKT
İkinci dünya müharibəsi tarixin ən dağıdıcı müharibərdən biri kimi yaddaşlara həkk olunub. Bu haqda çox yazılmasına və araşdırma aparılmasına baxmayaraq, yenə də yeni ortaya çıxan faktlar mövcuddur. Həmin faktlardan bir neçəsini sizə təqdim edirik.
1. 1938-ci ildə Avstriyanın işğalına etiraz edən yeganə ölkə Meksika idi.
2. Yapon ordusunun əsgəri Hiroo Onoda İkinci Dünya Müharibəsindən 27 il sonra təslim olmuşdu. O Filippin dövlətinə aid adada gizlənərək "düşmən" əleyhinə kəşfiyyat ilə məşğul idi. Yaponiyanın məğlubiyyətini isə düşmənin dezinformasiyası olaraq görürdü. Hiroo İmperator ordusunun mayorunun şəxsən Fillipinə gəlib əsgərə məğlubiyyəti elan etməsindən sonra, hərbi fəaliyyətini dayandıraraq təslim olmuşdu.
3. Avropada 1923-cü ildə doğulan kişilərin 80%-i İkinci Dünya Müharibəsi illərində həlak olub.
4. Böyük Britaniyanın indiki kraliçası II Elizabet müharibə vaxtı beş ay müddətində sanitar avtomobilinin mexanik-sürücüsü olub.
5. Yaponların öldürdüyü çinlilərin sayı, müharibə vaxtı öldürülən yəhudilərdən daha çox idi.
6. Parisdə yeləşən bir məscid çox sayda yəhudini almanlardan qorumuşdu. Məscid onların müsəlman olması ilə bağlı saxta şəhadətnamə veririrdi.
7. Vermaxt Polşaya hücuma keçəndə, Vizna şəhərini 720 polyak qoruyurdu. Onlar 42 min əsgər, 650 silah və 350 tankdan ibarət 19-cu alman ordusuna qarşı şəhəri 3 gün qorumuşdular.
8. Winston Churcill İkinci Dünya Müharibəsindən sonra keçirilən ilk seçkidə məğlub olmuşdu.
9. Yapon Tsutomu Yamaguchi ABŞ tərəfindən Yaponiyanın Hirosima və Naqasakiyə atılan hər iki atom bombasından sağ çıxmışdı. O, 2010-cu ildə 93 yaşında ikən mədə xərçəngindən vəfat etdi.
10. Müharibə illərində metal defisitinə görə "Oskar" mükafatı gipsdən hazırlanırdı.
11. "Kök yeməyin daha yaxşı görməyə təsiri yoxdu"- Bu mif həmin illərdə britaniyalılar tərəfindən yayılmışdı. Bunun səbəbi isə ingilislərin alman qırıcılarını necə görməsini üsulunu gizlətmək olub.
12. Yaponiya yəhudi qaçqınları ölkəsinə qəbul etdiyi üçün Almaniya ilə münasibətləri gərginləşmişdi.
13. Holokost vaxtı 1 100 000 yəhudi uşaq öldürülmüşdü.
14. Alman ordusu Parisi işğal edəndə Adolf Hitler Eyfel Qülləsinə çıxa bilməmişdi. Fransızlar qüllənin liftini xarab edərək Hitleri Parisin möhtəşəm mənzərəsinə baxmaqdan məhrum etmişdilər.
15. Çexslovakiya prezidenti Emil Haka Almaniyanın Çexiya daxil olması ilə bağlı Adolf Hitler ilə danışıqlar apardığı əsnada "ürək tutması" keçirmişdi. Buna baxmayaraq o aktı imzalamışdı.
16. Polşalı həkim Eugene Lazowski və onun köməkçisi Holokost vaxtı 8000 yəhudini xilas edə bilmişdi. Onlar Rozvadov şəhərinə gələn alman əsgərlərinə, şəhərdə tifa epidemiyasının olduğunu bildirmişdilər.
pahoo.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar