Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şair Sevinc Qəriblə görüş keçirildi - ŞƏKİLLƏR

Tarix: 17-06-2022 18:20     Baxış: 2952 A- / A+

Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dalidag.az saytının baş redaktor müavini, istedadlı şair Sevinc Qəriblə görüş keçirilib.

Manevr.az xəbər verir ki, "DƏLİDAĞ" Ədəbi Birliyinin təşəbbüsü və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Yeganə Əhmədova açaraq, qonaqları salamladı və görüşün mahiyyəti, eyni zamanda Sevinc Qəribin yaradıcılığı barədə danışdı.

Tədbirin aparıcısı şair, jurnalist Namiq Dəlidağlı çıxışında müəllifin yaradıçılığındakı xüsusi məqamlara toxundu. Natiq S. Qəribin "DƏLİDAĞ" Ədəbi Birliyi və eyni adlı saytdakı fəaliyyətini yüksək dəyərləndirdi. N. Dəlidağlı birlikdəki və saytdakı səmərəli fəaliyyətinə, yaradıcılıq sahəsindəki uğurlarına, ədəbi nailiyyələrinə görə şairə Fəxri fərman və hədiyyə təqdim etdi.
Sözü müəllifə verdi. S.Qərib qonaqları salamlayaraq, görüşün təşkilatçılarına, təşəbbüskarlara öz təşəkkürünü bildirdi.

Kitabxananın əməkdaşı Xəyalə Seyidnurova müəllifin həyat və yaradıcılığı haqqında oxucuları məlumatlandırdı.
Şairlərdən Ofelya BabayevaFirdovsi Cəfərxan, Qənirə Mehdixanlı, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Süleyman Sərraf, Məryəm Aslanqızı, jurnalistlərdən Aygün Hacıyeva, Rəna Təbəssüm, "Sumqayıtfakt.Az" saytının əməkdaşları Loğman Əhməd, Natiq İsmayıloğluVüsal Ağa, Sumqayıt MİHİ-nin sədri Şahin Şəfiyev və başqaları öz çıxışlarında Sevinc Qəribin poeziyasının özünəməxsusluğundan, müəllifin fərqli üslubu və öz yolu olmasından söz açdılar, şeirlərindən nümunələr səsləndirdilər. 
Tədbirdə müəllif yeni nəşr olunmuş "Ovcun əllərimin isti yuvası..." şeirlər kitabını oxuculara təqdim etdi.
Tədbir boyunca S. Qərib yeni şeirlərini oxudu və oxucuların suallarını cavablandırdı. “Ovcun əllərimin isti yuvası... ” adlı kitabını oxuculara hədiyyə etdi.

Nigar Nəriman
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar