Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Mustafa Kamal niyə "ATATÜRK" soyadını götürdü? - 13 soyaddan niyə imtina etdi? - VİDEO

Tarix: 15-06-2022 13:39     Baxış: 5727 A- / A+
Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürk də özünə türk kökənli soyad götürmək haqqında düşünür. Yaxın çevrəsindəki insanlarla məsləhətləşir. Alimlər, dilçilər Qazi Mustafa Kamal Paşanın adına, şanına layiq bir soyad seçməyə başlayırlar. 
Nəhayət 24 noyabr 1934-cü ildə Türkiyənin birinci prezidenti Mustafa Kamal paşaya “Atatürk” soyadı və bu soyadla bir nömrəli şəxsiyyət vəsiqəsi verilir. Vəsiqəni Türkiyə Böyük Millət Məclisi Türkiyənin ulu öndərinə təqdim edir. Təqdimat sənədində isə bu sözlər qeyd edilir: 
“Türk millətinə etdiyi xidmətlərdən dolayı təşəkkür ifadəsi olaraq Türkiyə Dövlətinin qurucusu Qazi Mustafa Kamal Paşaya “Atatürk” soyadı verilsin”. 
Amma buna qədər Mustafa Kamala 14 soyad təqdim edilir. O, həmin soyadlar içərisindən “Atatürk”ü seçir. 
Bəzi qaynaqlara görə hələ bu soyad verilməzdən 2 ay əvvəl Türk Dili Tədqiqat Cəmiyyətinin başqanı Safvet Arıkan 26 sentyabr 1934-cü ildə Türk dili Bayramı tədbirində Türkiyə prezidentinə “Ata Türk Mustafa Kamal” deyə xitab edir. Bu xitab Qazi prezidentin xoşuna gəlir və sonradan soyad məsələsində Arıkanın xitabı soyada çevrilir.  
Bəs Atatürkə təqdim edilən digər soyadlar hansılar idi?
CHP Məclis Toplantısında Qazi Paşaya aşağıdakı soyadlar təqdim edilmişdi:
1- Kemal Etel-Etil (Tarixi türk hökmdarı Atillanın orijinal adıdır. Mənası Böyük çay deməkdir)
2- Kemal Etelalp (Altay türkçəsində böyük qəhrəman anlamına gəlir)
3- Kemal Korkut (Dədə Qorquddan gəlir, anlamı “qorxusuz şəxsiyyət”dir)
4- Kemal Arız (Türk qəhrəmanlarından Alp Aruzun adıdır)
5- Kemal Ulaş (Türk qəhrəmanı Ulaş oğlu Salur Qazanın atasının ismidir)
6- Kemal Yazır (Türk qəhrəmanı Yağlıkçı oğlu Yazırın adıdır)
7- Kemal Emen (Türk qəhrəmanı Ucen oğlu Emen Bəyin adından götürülüb.)
8- Kemal Çoğaş (Günəş, işıq anlamındadır)
9- Kemal Salır (Türk qəhrəmanı Salurun adlarından biridir)
10- Kemal Begit (Sağlam, qorxmaz mənasındadır)
11- Kemal Ergin (İrfan sahibi deməkdir)
12- Kemal Tokuş (Türk qəhrəmanı Ertokuş Cəngavərin adındadır)
13- Kemal Beşe (Mümtaz, seçkin mənasını verir)
14. Atatürk – türk millətinin atası… Mustafa Kamal Paşa siyahıda sonuncu olan bu ifadəni özünə soyad götürür.publika.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar