Xəbər lenti
20 ildən sonra ilk dəfə Ərdoğan ikinci yerə düşüb
Səyyar Araşdırma Türkiyədə 14 vilayətdə müsahibə apararaq keçirdiyi seçki sorğusunu paylaşıb.
Türkiyə mətbuatına istinadla xəbər verir ki,aparılan sorğunu dəyərləndirən Beynəlxalq Təhlükəsizlik və Strateji Araşdırmalar Mütəxəssisi Murat Gezici hökumətin “mövqeyinin zəiflədiyini” qeyd edib.Qeyd edək ki, sorğu zamanı prezident seçkilərində mümkün situasiyalar müzakirə olunub. Belə ki, sorğu iştirakçılarına "Birinci turda Kılıçdaroğlu, Ərdoğan və digər namizədlər iştirak etsəydilər, kimə səs verərdiniz?" sualı verilib.
Sorğuda iştirak edənlərin 44,7 faizi Kılıçdaroğluna, 41,2 faizi isə Ərdoğana səs verəcəyini bildirib. “Digər namizədlərin” səs faizi isə 4,5 faiz olub.
Belə olan halda sorğu iştirakçılarının “Kılıçdaroğlu ilə Ərdoğan arasında seçkinin ikinci turu necə nəticələnə bilər” sualına cavabı öyrənilib. Bu zaman isə sorğuda iştirak edənlərin 52,6 faizi Kılıçdaroğlunu, 47,4 faizi isə Ərdoğanı seçib.
Müxalifətə yaxən olan “Cümhuriyyət” qəzetinin əməkdaşı Qamze Kolcunun sözlərinə görə, Beynəlxalq Təhlükəsizlik və Strateji Araşdırmalar Mütəxəssisi Murat Gezici “AKP-yə səs verənlərin 42,6 faizi partiyalarının səslərinin aşağı düşdüyünə inanır" deyə bildirib.
“AKP seçiciləri hesab edirlər ki, onların partiyası güc qazana bilməyib, problemlərə çarə tapa bilmir. Hakimiyyətin seçiciləri müxalifəti “qarşı məhəllə” kimi görüb seçkiyə getməyə də bilər. AKP 2018-ci ildə ona səs verənlərin heç 12 faizini seçkiyə cəlb edə bilməyəcək. Bu seçicilərin seçkiyə cəlb edilməsi çətin olacaq”,- deyə o, bildirilib.
Qeyd edək ki, hazırda hakimiyyətdə olan AKP bir zamanlar məhz sosial-iqtisadi şüarlarla populyarlıq qazanmışdı. Partiya hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin əksəriyyətinə sadiq qaldı və ölkədə iqtisadi canlanmaya yol açdı. AKP hakimiyyəti dönəmində Türkiyədə əhalinin sosial durumu xeyli yaxşılaşmışdı.
Amma son illər bu sahədə vəziyyət neqativə doğru dəyişməkdədir. Xüsusən də Türkiyə lirəsinin dəyər itirməsi inflyasiyanın sürətlənməsinə səbəb olur ki, bu da sosial narazılığf yol açır. Hazırda AKP-nin reytinq itkisinin başlıca səbəbi də məhz sosial vəziyyətin pisləşməsidir.
Məlumat üçün qeyd edək ki, son 1 il ərzində Türkiyədə ABŞ dollarının məzənnəsi 8,5 lirədən 17,3 lirəyə qalxıb. Hazırda da lirə dəyər itirməyə davam edir.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar