Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Putin bu xəstəlikdən əziyyət çəkir - İDDİA

Tarix: 10-06-2022 13:51     Baxış: 4625 A- / A+
Putin bu xəstəlikdən əziyyət çəkir - İDDİA
Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Bildirilir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də əməliyyat olunub. Kreml isə, öz növbəsində bu məlumatları təkzib edir və Putinin tamamilə sağlam olduğunu bəyan edirlər.
 
Manevr.az xəbər verir ki, Fransanın “Paris Match” nəşri Rusiyanın “Proekt” nəşrinin əməkdaşı Mixail Rubinin iştirakı ilə hazırladığı materialda Putinin səhhəti məsələsi ilə bağlı yeni iddia irəli sürüb.

İddiaya əsasən, V. Putini xarici səfərlərdə Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir. Jurnalistlərin məlumatına görə, 2017-ci ildən etibarən bu mühafizəçi Prezidentin analiz məlumatlarına cavabdehdir. Belə ki, həmin şəxs dövlət başçısının səhhəti ilə bağlı məlumatı gizli saxlamaq məqsədilə olduğu hər məkanın sanitar qovşağına nəzarət edir. 
 
“Proekt” nəşri daha əvvəl yazırdı ki, 2016-cı ildən 2020-ci ilə qədər Putini səfərlərində Mərkəzi Klinik Xəstəxananın həkim qrupu müşayiət edib və onlar arasında qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis də olub.(qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar