Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yumurta ucuzlaşdı - cəmi 7 qəpik

Tarix: 02-04-2017 22:41     Baxış: 3309 A- / A+
Yumurta ucuzlaşdı


Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir.

Manevr.az “Xəzər TV”yə istinadən xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir.

9, 8, hətta 7 qəpik. Həm bazarda, həm də marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm də satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar