Xəbər lenti
Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçirilib -FOTOLAR
Manevr.az xəbər verir ki, Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə bu gün Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.
Anım mərasimdə tanınmış ziyalı, Respublika Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Qənbər Şəmşiroğlu, BDU-nun professoru, Əməkdar elm xadimi Şahlar Əsgərov, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov, şair, Əməkdar jurnalist Adil Cəmil, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə mərasim iştirakçılarına Kəlbəcər rayonundan MM-ə deputat seçilmiş Cavid Qurbanovun salamı çatdırıldı. Çıxış edən kəlbəcərlilər doğma yurd haqda fikirlərini, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduqlarını bildirdilər. Tədbir 56 saylı Kəlbəcər orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış ədəbi kompozisiya ilə başa çatdı.Kəlbəcərin işğalının növbəti ildönümü münasibətlə tədbir keçirilib.
Nailə Mirzəyeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































