Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadı intihar edən məmurla bağlı şok iddia :"Həyatında çox sayda əxlaqsız qadınlar vardı"

Tarix: 01-04-2017 21:17     Baxış: 4385 A- / A+
Arvadı intihar edən məmurla bağlı şok iddia

Xəbər verdiyimiz kimi, martın 30-da Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı Natavan Allahverdiyeva yaşadığı evin tualetində özünü asaraq həyatına son qoyub.
3 uşaq anası olan Nohurqışlaq kənd sakini Natavanın intiharının təfərrüatları ilə bağlı məlumatlar əldə etmişik.
Mərhumun adının çəkilməsini istəməyən yaxın qohumu məmur xanımının ölümü ilə bağlı bəzi sirlərin üstünü açıb. O, Natavanın özünə qəsd etməsində onun həyat yoldaşı Arifi təqsirli hesab edib:

"Kənddə hamı Arifə qarğış edir ki, Natavan kimi qadının qədrini bilmədi. Natavanın ailə problemləri var idi. Əri ilə aralarında tez-tez dava-dalaş olurdu. Onun həyat yoldaşı Arif Allahverdiyev vəzifəli şəxsdir, Qəbələ rayon icra hakimiyyəti başçısının müavinidir. Toyları 1995-ci ildə Nohurqışlaq kəndində olub. Natavanı evdə əsir kimi saxlayırdı. Ona əziyyət verirdi. Sıxıntıları çox olurdu. Arif Natavanın valideynlərini, qardaşını, qohumlarını evə gəlməyə qoymurdu. Natavan kasıb ailənin qızı olub, ona görə də onunla xanımı kimi deyil, nökəri kimi davranırdı. Həyatında saysız-hesabsız fahişələr var idi. Buna görə də Natavan bir neçə dəfə də intihara cəhd edib. Təxminən 3 ay bundan əvvəl də zəhər içib özünə qəsd etmişdi, amma ölmədi, onun həyatını xilas etmək mümkün oldu.

Natavanın 3 övladı var: iki oğlan, bir qız. Qızının 4 yaşı var, böyük oğlu universiteti də, əsgərliyi də bitirib. Kiçik oğlu da hazırda tələbədir, institutda təhsil alır.

Həmin gün hadisə belə baş verib: Böyük oğlu görüb ki, anası gözə dəymir. Dostları, evin qulluqçusu ilə birgə hər yeri axtarıb, amma tapa bilməyib. Ən sonda isə həyətdəki tualetin qapısını açıb, görüb ki, anası asılı vəziyyətdədir. Natavanı xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Sən demə, evlərinin yanında mağazaları var. Gedib oradan kəndir alıb. Heç kimin ağlına gəlməyib ki, kəndirlə həyatına son verəcək. Kənddə hamı Arifin Natavana zülm etməsindən danışır. Hamı ona qarğış edir ki, elə qadının qədrini bilmədi".(big.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar