Xəbər lenti
İvanka Tramp və ərinin varidatı AÇIQLANDI
ABŞ prezidenti Donald Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner ümumi dəyəri 740 milyon dollar həcmində qiymətləndirilən aktivlərə sahibdir.
İvanka Tramp Vaşinqtonda yerləşən "Trump International Hotel"də paya sahibdir. Otel Ağ evin yaxınlığında yerləşir və rəsmi nümayəndələrin prezident administrasiyasına jest olaraq məhz "Trump International Hotel"də qalamağa üstünlük verəcəkləri etik suallar doğurur.
Prezident qızının "Trump International Hotel"dəki payı 5-25 milyon dollar həcmində dəyərləndirilir. Bu aktiv ona 2016-cı ilin yanvarından 2017-ci ilin martınadək təxminən 1-5 milyon dollar gəlir gətirib.
İvanka Tramp və Cared Kuşner cütlüyünün gəlirləri barədə məlumatlar Ağ evin digər yüksək vəzifəli əməkdaşlarının deklarasiyaları ilə birgə dərc olunub.
"Bloomberg" agentliyinin məlumata əsasən, Donald Tramp administrasiyası Amerika tarixinin ən varlı prezident komandasıdır. Onların ümumi varidatı 12 milyard dollar həcmində qiymətləndirilir.
Xatırladaq ki, ABŞ liderinin böyük qızı İvanka Tramp martın axırlarında Ağ evdə prezident köməkçisi təyin olunub. Onun həyat yoldaşı Cared Kuşner isə Donald Trampın baş müşaviri postunu tutur.azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar