Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şeyxin 28 dəfə Hacı olmuş deputat qudası - “Öpüşmə olan xarici filmlərə tək baxıram”

Tarix: 30-03-2017 18:40     Baxış: 5358 A- / A+
Şeyxin 28 dəfə Hacı olmuş deputat qudası


Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxürislam Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı statusun qalmaqal yaratmasına münasibət bildirib.

Manevr.az xəbər verir ki, Q.Salahzadə “ölkə.az”-a açıqlamasında baş verən hadisənin xoşagəlməz hal olduğunu söyləyib:

“Mən təsəvvür edə bilmirəm ki, nə zamansa küçədə, ictimai yerdə öpüşən gənclərlə rastlaşaram. Çünki mənim gedib-gəldiyim, oturub-durduğum yerlərdə belə hallar ola bilməz. Hətta, mən evdə televizorda xarici kinolara da tək baxıram ki, uşaqlar, nəvələrim, nəticələrim orada öpüşmə görməsin. Çünki xarici filmlərdə öpüş səhnələri çox olur. Mən də buna görə xarici filmlərə tək baxıram. Azyaşlı uşaqların, gənclərin də bu cür filmlərə baxması arzuolunan deyil”.

Sabiq deputat öpüşmənin dində haram olub-olmaması barədə isə belə danışıb:


“Öpüşməyin dində haram olub-olmaması barədə heç bir söz deyə bilmərəm. Bunu dinlə məşğul olan adamlar daha yaxşı bilər. Ancaq mən bu cür hallara qarşıyam. İndi nə hərəkət ediblər, özləri bilərlər. Mən o gənclərə də qarşı çıxa bilmərəm”.

Xatırladaq ki, tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə qalmaqal yaradıb. İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar