Xəbər lenti
Sığorta şirkətlərinin milyonluq fırıldaqları – Şok adlar
Azərbaycanda sığorta şirkətlərinin maliyyə fırıldaqlarını üstünü açmışıq
Sığorta firmaları sürücülərdən hər il milyonları fırıldaq yolu ilə əldə edir.
Belə ki, sığorta şirkətləri avtomobil alqı-satqısı zamanı vətəndaşların hüquqlarını kobud sürətdə pozmaqla maxinasiyalara yol verir.
Araşdırma zamanı məlum olub ki, avtomobilini bir ay əvvəl sığorta etmiş sürücü növbəti ay maşını satmaq qərarı verəndə alıcı təzədən sığortaya məcbur edilir. Bu zaman həm satıcının, həm alıcının hüquqları tapdanır.
Çünki avtomobilini satan sürücünün bir ay qabaq sığortaya ödədiyi məbləğ mənimsənilmiş olur. Üstəlik, alıcıdan da tələb olunur ki təkrar sığorta etdirsin.
Nəticədə ortada qalan 11 aylıq müddətin vəsaitinin hara getdiyinin hesabatı verilmir. Halbuki, ya alıcı təkrar sığortaya məcbur edilməməlidir ya da satan şəxsin ödədiyi məbləğin yerdə qalan hissəsi ona qaytarılmalıdır.
Hər ay yüzlərlə avtomobilin alqı-satqısı həyata keçirilir.
Hər ay mühərrikdən asılı olaraq 5-25 manat sığorta haqqı ödənilir. Ortalama hesab götürsək sürücü ayda 12, 50 qəpik sığorta pulu verir.
Ölkədə istifadədə olan avtomobillərin sayını və alqı-satqının statistikasını ümumi nəzərə alsaq, milyonlarla manatın sığorta şirkətlərində dövr etdiyini söyləmək olar.
Nəticədə milyonlarla manat fırıldaq yolu ilə mənimsənilir. Əldə etdiyimiz xəbərə görə, sığorta pullarının maxinasiyası demək olar əksər şirkətlərdə realizə olunur.
Bu siyahıda Dövlət Sığorta Agentliyi, “Atəşgah” sığorta, “AXA-Mbask”, “Standart” insurance, Alfa Sığorta ASC, Buta Sığorta və digərlərinin adlarını qeyd etmək olar. politika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar