Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Üçüncü inqilabın BİR ADDIMLIĞINDA

Tarix: 29-03-2017 11:27     Baxış: 4286 A- / A+
Üçüncü inqilabın BİR ADDIMLIĞINDA


Qırğızıstanda "Ata-Meken” müxalifət partiyasının tərəfdarları paytaxt Bişkekdə etiraz aksiyalarına başlayıb.

Aksiyalar dələduzluq və korrupsiyada ittiham olunaraq barəsində iki aylıq həbs-qəti imkan tədbiri seçilən partiya sədri Onurbek Tekebayevin müdafiəsi məqsədilə təşkil edilib.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları fevralın 26-da ATƏT-in Parlament Assambleyasının toplantısından qayıdın siyasətçini Bişkekdə saxlayıb. Siyasətçinin vəkilləri iki aylıq həbsin ev həbsi ilə əvəz olunması üçün apellyasiya veriblər.
Onurbek Tekebayevin tərəfdarları hesab edirlər ki, onun həbsi və cinayət işi siyasi xarakteri daşıyır. Onlar hakimiyyətdən başqa cür düşünənlər barəsində repressiyaları dayandırmağı tələb edirlər.
"Biz ölkədə baş verənlərə diqqəti cəlb etmək üçün beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, - "Ata-Meken” partiyasından olan deputat Almambet Şıkmamatov bildirib.
Qeyd edək ki, Onurbek Tekebayev hazırda hakimiyyətin əsas siyasi opponenti sayılır. Tekebayev respublikada ağırçəkili siyasətçidir. "Ata-Meken” partiyasının sədri prezident Almazbek Atambayevin keçmiş müttəfiqi olub. Prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətə keçib. Tekebayev 2005-ci ildə "Zanbaq inqilabı”nın liderlərindən biri olub. O, 2010-cu il inqilabında da yeni hakimiyyəti dəstəkləyib və müvəqqəti hökumətin başçısının müavini postunu tutub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar