Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya televiziyasında qalmaqal: Nüvə hücumunun xəritəsi yayımlandı- ŞƏKİL

Tarix: 30-04-2022 18:36     Baxış: 3889 A- / A+
Rusiya televiziyasında qalmaqal: Nüvə hücumunun xəritəsi yayımlandı-FOTO
Rusiya ilə Ukrayna arasında müharibə 66 gündür davam edərkən, Rusiya dövlət televiziyasında şərhçilər və ekspertlər Moskvanın nüvə silahından istifadə ehtimalını müzakirə ediblər.
Manevr.az xəbər verir ki, Rusiyanın "Rossiya 1” dövlət televiziyasında yayımlanan canlı müzakirə proqramında iştirak edən ekspertlər və moskvayönlü analitiklər xəritədə Rusiyanın Avropaya nüvə raketləri göndərə biləcəyi şəhərləri göstəriblər.

"60 dəqiqə" televiziya proqramında Rusiyadan atılacaq nüvə raketlərinin bir neçə saniyə ərzində Avropanın paytaxtlarına çata biləcəyi bildirilib. Proqramda çıxış edən sağçı siyasətçi Aleksey Juravlyov "Sarmat raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq” deyib.

Verilişin qonağı olan başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyərək, "Müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmaz” deyib. Bu açıqlamadan sonra Juravlyov "Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər”, - deyə o bildirib.

Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndəriləcəyi təqdirdə raketlərin Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi bildirilib.

Bir müddət əvvəl Putin ölkəsində inkişaf etdirilən hipersəs raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, payıza doğru Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.
  • Rusiya televiziyasında qalmaqal: Nüvə hücumunun xəritəsi yayımlandı (FOTO)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar